Yuxusuzluğa “yox” deyək!
Digərləri 05 Yan 2023 23:30:00 388 0
Yuxusuzluq insanın orqanizmi üçün çox ziyanlıdır. Bu halda insanın sinir, ürək-damar, immun və s. sistemlərinə böyük zərər vurulur. Həkimlərin rəyinə görə, yuxusuzluq hətta insanın həyatını qısaldır!
Bu xəbəri də oxu: Rusiya hava limanındakı müvəqqəti məhdudiyyətləri qaldırdı
İnsan orqanizmi "melatonin" adlı hormon hazırlayır. Bu hormona "yuxu hormonu" deyilir. Cavan insanlarda yuxusuzluğun əsas səbəbi olan stres, həyacanlanmalar və s. zamanı orqanizmində stres hormonların - adrenalin və kortizolun - hazırlanması artır ki, nəticədə melatoninin hazırlanması azalır.
Yuxusuzluq zamanı insanlar tez-tez yuxugətirici həblərdən istifadə etməyə çalışırlar. Bu böyük səhvdir! İnsan orqanizmi bu dərmanlara tez öyrəşir və daha artıq dozaları tələb edir ki, bu da böyük təhlükə yaradır. Böyük dozalarda yuxugətirici dərmanlarının qəbulu çox ziyanlıdır və hətta ölümə gətirib çıxara bilər.
Yuxusuzluqla mübarizədə bizim məsləhətlərimiz sizə kömək edə bilər:
- yatmamışdan əvvəl çox yemək yeməyin. Həddindən artıq doldurulmuş mədə rahat yuxuya getməyə əngəl olacaq. Axırıncı yemək qəbulu yuxudan 3-4 saat əvvəl olmalıdır. Lakin aclıq hissi də sizə tez yuxuya getməyə imkan verməyəcək. Bu halda 1 stəkan kefir içmək və ya yüngül tərəvəz salatı yemək olar. Həkimlərin araşdırmalarına əsasən, süd, banan, müxtəlif çərəzlər (qoz, fındıq, badam və s.), balıq və digər dəniz məhsulları, ədviyyatlardan - zəfəran yuxusuzluqla mübarizədə yaxşı kömək edir. Bu məhsullar xüsusi amin turşusu "triptofanla" zəngindir. Triptofan orqanizmdə yuxu hormonu olan melatoninin hazırlanmasını artırır. Beləliklə, yatmamışdan əvvəl siz 1 banan, bir qədər çərəz, bir tikə bişmiş balıq yeyə bilərsiniz. Əgər sizin orqanizminiz südü yaxşı mənimsənyirsə (köpmə, qıcqırma və s. olmur), siz yatmamışdan əvvəl 1 stəkan bal və ya zəfəran suyu qatılmış süd içə bilərsiniz. Əks-halda, zəfəran suyu (bir qədər zəfəran qaynar suda dəmlənir) içmək olar.
- yatmamışdan əvvə əqli fəaliyyəti ilə məşğul olmayın;
- yatmamışdan əvvəl 30 dəq. az olmayaraq açıq havada gəzin;
- isti vanna sizə tez yuxuya getməyə kömək edəcək. Suya nanə və ya çobanyastığı dəmləmələri, aromatik yağları (çobanyastığı və ya lavanda) əlavə etmək olar;
İnsan yaşlandıqca damarlarda tromb əmələ gəlməsi riski artır.
İmam Sadiq (ə) buyurur: Cəbrayıl, Peyğəmbər (s)-n yanına gəlib ona diş
Almaniyanın xarici işlər naziri Annalena Baerbok Rusiya Prezidenti Vladimir P
ABŞ-ın Kaliforniya ştatında güclü fırtına nəticəsində 180 minə yaxı
Bildiyimiz kimi, zeytun yağı insan orqanizmi üçün çox xeyirlidir. Fransal�
Azərbaycanda mobil operatorların 2022-ci ilin yanvar-noyabr aylarında əldə
Peyğəmbər (s) və imamlardan nəql olunmuş bir çox hədislərdə camaata da
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Rusiya v
Rusiya mətbuatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2022-ci ilin �
Türkiyənin Niğdə şəhərində sərnişin avtobusu ilə minik maşınının
Daşkəsən rayonunda internetin verilməsində problemlər yaranıb.
Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsi
Dövlət Gömrük Komitəsi (DGK) İdman-Sağlamlıq Mərkəzinin baş direktoru