Gömrük Komitəsində növbəti yoxlamalar – Xəzər İsayev vəzifəsindən
Digərləri 05 Yan 2023 22:56:00 359 0
Dövlət Gömrük Komitəsi (DGK) İdman-Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayevin işdən çıxarılması ilə bağlı iddialar yayılıb.
Bu xəbəri də oxu: Astma xəstəliyindən qurtulmaq istəyirdi, 100 yaşlı nənəsini öldürdü
Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, polkovnik Xəzər İsayev vəzifəsinin icrasından kənarlaşdırılaraq, məzuniyyətə göndərilib.
Məlumata görə, Xəzər İsayevlə DGK-nın sabiq sədri Səfər Mehdiyevin ciddi mübahisəsi olub. Mübahisənin yaranmasına səbəb isə İdman-Sağlamlıq Mərkəzində aparılan audit yoxlaması zamanı ciddi maliyyə pozuntularının aşkarlanması olub. Yoxlama zamanı 500 min manatdan artıq vəsaitin yoxa çıxması müəyyən edilib. Bundan sonra Xəzər İsayev Səfər Mehdiyev tərəfindən vəzifəsinin icrasından uzaqlaşdırılsa da, rəsmi olaraq baş direktor vəzifəsindən kənarlaşdırılmayıb.
Son aylar gömrük orqanlarında aparılan yoxlamalar İdman-Sağlamlıq Mərkəzindən də yan keçməyib. Nəticədə polkovnik Xəzər İsayev yenə də öz hesabına məzuniyyətə göndərilib. Onun vəzifəsində qalıb-qalmayacağı bəlli deyil.
İdman-Sağlamlıq Mərkəzindən bildirilib ki, hazırda qurumun baş direktor əvəzi Adıgözəl Rəcəbovdur.
DGK-nın mətbuat xidmətinin rəhbəri Natiq Axundov isə Xəzər İsayevin işdən çıxarılması ilə bağlı məlumatı təkzib edib.
Yusif (ə) Misir padşahı olandan sonra qardaşları ərzaq məhsulları almaq
Amerikalı alimlər belə bir qərara gəldilər ki, gülüş insan orqanizminə
Yeni elmi araşdırmalara görə, diabet, yüksək təzyiq, yüksək xolesterini
Bakının Nərimanov rayonunda mənzildən meyiti tapılanlardan birinin şəxsi
Qaraciyər kimi vacib orqan dərmanı sevmir, amma faydalı ədviyyat və qarı�
Kişilərin saç və saqqalarına, qadınların isə əl, ayaq və başlarına r
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus
Namazın hikmətlərindən biri də onun həm insanı günahdan saxlaması, həm
Yanvarın 7-də Oslodakı Deyxman Byorvika Mədəniyyət Mərkəzində Azərbayc
Türkiyədə vəzifəli şəxsin iş kabinetində intim görüntüləri yayılı