Quran oxumağın fəzilətləri və onun qaydaları
Digərləri 05 Yan 2023 22:55:00 449 0
Bu barədə nəql olunmuş hədislər:
Bu xəbəri də oxu: Mərhum kapitanın yaşadığı binanın qarşısı
Quran bəşəriyyətin dünya və axirət həyatının xoşbəxtliyini təmin edən əbədi ilahi qanundur. Onun ayələri hidayət, bəyan etdiyi hər bir ifadə isə rəhmət və səadət mənbəyidir. Hər kim bu iki dünyada xoşbəxt həyata nail olmaq istəsə, gecə və gündüz Quranla ünsiyyətdə olmalı və onu özündə yaşatmalıdır. Hər gün onunla öz əhd-peymanını təzələməli və əhdinə vəfadar olmalıdır. Quranla öz əlaqəsini daha da gücləndirən və onu öz hafizəsinə köçürən şəxslər, atdıqları böyük addımları Quranla atar və gördükləri bütün işləri Quranla yerinə yetirərlər. Quran tilavətinin fəziləti barəsində onlarla hədis və rəvayət nəql olunmuşdur. Biz burada onlardan yalnız bir neçəsini təqdim edirik. İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: Peyğəmbər (s) Quran tilavətinin fəziləti haqda buyurmuşdur:"Hər axşam on ayə Quran oxuyan şəxslər, qafil və Allahını unutmuş kəslərdən hesab olunmazlar, əlli ayə oxuyanların adı əməl dəftərinə daim Allahı yad edən şəxslər kimi yazılar, yüz ayə oxuyan ibadət edənlərdən, iki yüz ayə oxuyan qəlbən ibadətə qapılan və xalisanə bəndəlik edənlərdən, üç yüz ayə oxuyan səadətə nail olanlardan, beş yüz ayə oxuyan (məhşərdə) ibadətə tələsən və bu yolda qalmış kəslər kimi tanınarlar. Min ayə oxuyan kəslər isə, sanki Allah yolunda saysız-hesabsız qızıl-gümüş sədəqə vermiş olarlar." (Üsuli-kafi, "Quranın fəziləti). İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Quran bəşəriyyətin səadət və xoşbəxtliyini təmin edən həyat qanunudur. Bu qanun toplusu Allah tərəfindən tərtib olunmuş və ən mükəmməl şəkildə onların ixtiyarına qoyulmuşdur. Həqiqi müsəlman o kəsdir ki, bu həyat proqramına diqqət yetirməklə, hər gün ən azı əlli ayə oxumuş olsun." (Üsuli-kafi, "Quranın fəziləti). Yaxşı olar ki, hər bir tacir gecə evinə qayıdarkən yatmazdan əvvəl Quran ayələrindən birini tilavət etsin. Əgər belə edərsə, oxuduğu hər bir ayənin müqabilində əməl dəftərinə on savab iş yazılar və o miqdarda da günahlarından bağışlanar. (Üsuli-kafi, "Quranın fəziləti). Quran oxumağı sizlərə tövsiyə edirəm. Bilin ki, cənnətin sarayları Quran ayələrinin sayı qədərdir. Qiyamət günü Quran qarilərinə Quran oxumaq əmr olunar. Onlar nə qədər çox oxuyarlarsa məqamları bir o qədər ucalar və öz əməllərinə layiq dərəcələrlə mükafatlanarlar. (Üsuli-kafi). Bir çox hədis kitablarında, o cümlədən "Biharul-ənvar"ın 19-cu cildində Quran oxumağın fəzilətləri barəsində kifayət qədər hədis nəql olunmuşdur. Bu kitablarda Quran oxumağın fəzilətlərindən başqa digər mühüm mətləblərə də işarə olunmuşdur.
Yusif (ə) Misir padşahı olandan sonra qardaşları ərzaq məhsulları almaq
Amerikalı alimlər belə bir qərara gəldilər ki, gülüş insan orqanizminə
Yeni elmi araşdırmalara görə, diabet, yüksək təzyiq, yüksək xolesterini
Bakının Nərimanov rayonunda mənzildən meyiti tapılanlardan birinin şəxsi
Qaraciyər kimi vacib orqan dərmanı sevmir, amma faydalı ədviyyat və qarı�
Kişilərin saç və saqqalarına, qadınların isə əl, ayaq və başlarına r
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus
Namazın hikmətlərindən biri də onun həm insanı günahdan saxlaması, həm
Yanvarın 7-də Oslodakı Deyxman Byorvika Mədəniyyət Mərkəzində Azərbayc
Türkiyədə vəzifəli şəxsin iş kabinetində intim görüntüləri yayılı