Dadlı yeməklər və onlardan isdifadə barəsində


Digərləri 05 Yan 2023 23:10:00 2361 0

Dadlı yeməklər və onlardan isdifadə barəsində

Peyğəmbər (s) və imamlardan nəql olunmuş bir çox hədislərdə camaata dadlı və ləziz yeməklər yedirtməyin böyük savabı olduğu göstərilmişdir və həmçinin insanın belə yeməkləri özlərinə haram bilməsi bəyənilməmişdir. Amma bir şərtlə ki, bu yeməklər halal olsun və həmin yeməklərin həddən artıq isdifadəsi insanı Allaha ibadətdən çəkindirməsin.

İnsan heyvanlardan fərqli olaraq acgözlülüyə yol verməməli, lazım olan və ehtiyac olduğu qədər yeməlidir. Buna sübut olaraq Allah-təala Quranda buyrur ki, israf edənləri (yəni istər yeməkdə , istərsədə sair şeylərdən isdifadə zamanı həddən artıq miqdarda işlədənləri) sevməz .

Nəticə olaraq bunu demək olar ki, həddən artıq yemək olmaz. Çünki , bu insanı ibadətdən yayındırır və bununla yanaşı həddən az yemək olmaz . Çünki , bu insanın bədəninin zəifləməsinə gətirib çıxarır ki, nəticədə insan təminatını ödəmək üçün lazım olan dünyəvi işləri yerinə yetirə bilməz.

Hədislərin birində deyilir ki, imam Sadiq (ə) əksər vaxtlarda camaata çörək, firni və halva kimi yeməklər paylayar və buyurardı ki, əgər Allah bizə bol nemət versə , biz də onu bol-bol paylayarıq . Əgər nisbətən az etsə , biz də az-az paylayarıq. İmam Sadiq (ə)-dan olan digər bir hədisdə buyurulur ki, Allah-təala qiyamət günü möminlərdən bu üç şey barəsində sual etməz:

1.Onun yeməyi barəsində ;

2.Onun geyimi barəsində ;

3.Ona sadiq olan həyat yoldaşı barəsində;

Əbu Kabili söyləyir ki, bir gün imam Məhəmməd Baqi (ə)-yanına getmişdim . Səhər çağı olduğu üçün mən onunla səhər yeməyi yedim . Yeməkdən sonra , İmam (ə) yeməyin necə olduğunu soruşdu . Mən də ömrümdə bu cür dadlı yemək yemədiyimi etiraf etdim . Sonra Quranın bu ayəsi yadıma düşdükdə oxudum : "Va li təsəlunnə yəumə izin ənin nəiim ."(yəni qiyamət günü sizdən Allahın verdiyi nemətlər barəsində sual ediləcək).İmam dinlədikdən sonra buyurdu ki, bu ayədəki "nəim" sözü peyğəmbər və imamlara aiddir və qiyamət günü sizdən onlar barəsində soruşulacaq (yəni soruşulacaq ki, dünyada onlara etiqadınız var idi ya yox?)

İmam Sadiq (ə)-ın hədislərinin birində nəql olunur ki, Allah-təala böyük və səxavətlidir. Heç zaman bəndəsindən halal yeməklər barəsində sorğu-sual etməz . Sonra əlavə edərək buyrur:ki, yemək hazırladığınız zaman öz dost və tanışlarınızı da süfrə başına dəvət edin .

Həzrəti Rəsuldan nəql olunur ki, tox halda bir şey yemək , dəri xəstəliyi əmələ gətirər.

İmam Sadiq (ə)-dan nəql olunmuş digər hədisdə deyilir ki, gecə vaxtı səbəbsiz oyaq qalan , təəccüblü bir hadisə baş verdikdə, təəccüblənmək əvəzinə gülən və tox olduğu halda yemək yeyən şəxsi Allah-təala özünə düşmən bilir.

Həzrəti Məhəmməd (s) hədislərinin birində belə buyurub: "Mömin olan şəxs yalnız bir qadın, kafir olan isə yeddi qarın yeyər. (yəni həddindən artıq ).

Başqa bir hədisdə deyilir ki, Əbu Hənifə bir gün Peyğəmbər (s)-ın yanına gəlir. Peyğəmbər (s) onun olduqca tox olduğunu anladıb deyir : Ey Əbu Hənifə ! Bil ki, hər kim dünyada tox olsa , o biri dünyada bir o qədər ac olar.

Rəvayətlərdə göstərilir ki, Əbu Hənifə ondan sonra ömrünün axrınadək az yemək yeyərdi . (yəni lazım olan qədər).

Digər hədisdə Allah-təalanın yeməklə dolu olan qarından xoşu gəlmədiyi göstərilmişdir.

Əmirəl-möminin (ə)-dan nəql olunmuşdur ki, İsa peyğəmbər günlərin bir günündə bir şəhərə çatdıqda bir qadınla kişinin dalaşdığını görür. Maraqlanıb səbəbini soruşur. Kişi cavab verir ki, bu mənim həyat yoldaşımdır. Özü də çox vəfalı və səxavətli qadındır. Amma üzündəki gözəlik getdiyinə görə ondan ayrılmaq istəyirəm. İsa peyğəmbər kişini dinlədikdən sonra üzünü qadına tutub deyir ki, yeməyi doyana kimi yemə. Çünki , dolu mədə üzdə olan gözəllik və təravəti məhv edir. Qadın onun məsləhətinə əməl etdikdən sonra əvvəlki təravəti özünə qayıdır və yenidən öz ərinin sevimlisinə çevrilir.

BMT Rusiya və Ukrayna arasındakı atəşkəsi like
  • 05 Yan 23:09  
Siyasət BMT Rusiya və Ukrayna arasındakı atəşkəsi

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Rusiya v

arrow Ətraflı
Ərdoğan Rusiyada ilin siyasətçisi like
  • 05 Yan 23:08  
Siyasət Ərdoğan Rusiyada ilin siyasətçisi

Rusiya mətbuatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2022-ci ilin �

arrow Ətraflı
Türkiyədə ağır qəza  16 nəfər yaralandı  FOTO like
  • 05 Yan 23:07  
Dünya Türkiyədə ağır qəza 16 nəfər yaralandı FOTO

Türkiyənin Niğdə şəhərində sərnişin avtobusu ilə minik maşınının

arrow Ətraflı
Daşkəsəndə internetin verilişi like
  • 05 Yan 22:59  
Digərləri Daşkəsəndə internetin verilişi

Daşkəsən rayonunda internetin verilməsində problemlər yaranıb.

arrow Ətraflı
Putin onun müraciətinə görə atəşkəs like
  • 05 Yan 22:57  
Siyasət Putin onun müraciətinə görə atəşkəs

Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsi

arrow Ətraflı
Gömrük Komitəsində növbəti yoxlamalar – Xəzər İsayev vəzifəsindən like
  • 05 Yan 22:56  
Digərləri Gömrük Komitəsində növbəti yoxlamalar – Xəzər İsayev vəzifəsindən

Dövlət Gömrük Komitəsi (DGK) İdman-Sağlamlıq Mərkəzinin baş direktoru

arrow Ətraflı
Atasına laqeyd olanın aqibəti like
  • 05 Yan 22:50  
Digərləri Atasına laqeyd olanın aqibəti

Yusif (ə) Misir padşahı olandan sonra qardaşları ərzaq məhsulları almaq

arrow Ətraflı
Gülüş insanı sağlam edir! like
  • 05 Yan 22:45  
Digərləri Gülüş insanı sağlam edir!

Amerikalı alimlər belə bir qərara gəldilər ki, gülüş insan orqanizminə

arrow Ətraflı
Həcc və ömrə like
  • 05 Yan 22:40  
Digərləri Həcc və ömrə

Elmi və tibbi üsullara əsasən vacibatın bədənin sağlamlığına təsiri

arrow Ətraflı
Yumurta sarısı kimlərə ziyandır? like
  • 05 Yan 22:35  
Digərləri Yumurta sarısı kimlərə ziyandır?

Yeni elmi araşdırmalara görə, diabet, yüksək təzyiq, yüksək xolesterini

arrow Ətraflı
Bakıda mənzildə meyiti tapılan dörd nəfərdən biri 5 gün əvvəl like
  • 05 Yan 22:32  
Digərləri Bakıda mənzildə meyiti tapılan dörd nəfərdən biri 5 gün əvvəl

Bakının Nərimanov rayonunda mənzildən meyiti tapılanlardan birinin şəxsi

arrow Ətraflı
Bu 4 ədviyyat qaraciyərə faydalıdır like
  • 05 Yan 22:25  
Digərləri Bu 4 ədviyyat qaraciyərə faydalıdır

Qaraciyər kimi vacib orqan dərmanı sevmir, amma faydalı ədviyyat və qarı�

arrow Ətraflı
Bu il Azərbaycandan Həcc ziyarəti olacaq? like
  • 05 Yan 22:24  
Digərləri Bu il Azərbaycandan Həcc ziyarəti olacaq?

Bu il Azərbaycandan Həcc ziyarəti olacaq.

arrow Ətraflı
Kişi və qadınların rəng və ya həna vurmaqları haqqında like
  • 05 Yan 22:20  
Digərləri Kişi və qadınların rəng və ya həna vurmaqları haqqında

Kişilərin saç və saqqalarına, qadınların isə əl, ayaq və başlarına r

arrow Ətraflı