İrəvandan növbəti feyk: “terrorçu sayı” azaldı...
Digərləri 05 Yan 2023 12:45:00 2651 0
Ermənistan növbəti dəfə İkinci Qarabağ savaşında Azərbaycan tərəfdə "vuruşan" terrorçularla bağlı açıqlama yayıb.
Son.az axar.az-a istinadən bildirir ki, bu dəfə Ermənistan İstintaq Komitəsinin sədri Arqişti Karamyan yerli televiziyaya müsahibəsində deyib ki, Azərbaycan Ordusunda "döyüşən" 300 terrorçunu qeydə ala biliblər.
2020-ci il - çox da uzaq keçmiş deyil ki, təhrif edəsən. Həmin zaman Ermənistan və Ermənistana cani-könüldən dəstək verməyə çalışan Makronla Bəşər Əsəd bu haqda danışmışdı, indi erməni mediası onların havaya atdığı sözlərdən "istinad kimi" istifadə edir. Ancaq Ermənistan həmin zaman inadla və israrla "2 min terrorçu"dan danışırdı, iddia edirdi ki, Azərbaycan Ordusunun tərkibində 2 min terrorçu var. Noldu, 2 ildən sonra 300-ə niyə düşdü bu say?
Azərbaycan 2020-ci il Vətən savaşını yalnız ordu gücünə apardı, qismən səfərbərlik elan etdi. Qismən səfərbərlik kifayətdir ki, Azərbaycan öz silahlı qüvvələrinin şəxsi heyətinin sayını 400 minə çatdırsın.
Aşağı-yuxarı 400 minlik nizami ordunun - bir-biri ilə onlarla təlim keçmiş, döyüş taktikasını mənimsəmiş, koordinasiyalı hücum əməliyyatları məşq etmiş peşəkar hərbçilərin içində başıpozuq, nizam-intizamsız 300 terrorçu niyə olmalıdır? Bu 300 say nəyi dəyişə bilər, hansı köməyi edə bilər Azərbaycanın 400 minlik Ordusuna?
İkinci Qarabağ savaşı zamanı hərbi komissarlıqların qapısında onminlərlə gənc döyüşə getmək üçün yatırdı - Solovyovun çaşmağı, sonra da əsəbiləşib, öz komandasına ağır sözlər deməyi yadınızdadırmı? Guya ermənilərin hərbi komissarlıqların önündə savaşa getmək üçün növbəyə durduğu haqda yalançı bir təbliğat aparmaq istəyirdi, efirə görüntülər veriləndə bəlli oldu ki, o gənclər azərbaycanlılardır, əllərində də Azərbaycanın bayrağı!
Solovyov da rüsvay oldu, onun yalançı təbliğatı da suya düşdü...
Döyüşmək, Vətən uğrunda canından keçməyə hazır onminlərlə gənci qapıdan qaytaran ordu rəhbərliyi 300 terrorçunu pulla gətirib ordunun içinə soxar?
Bu yalan və iftiranı Ermənistan öz terrorçu dəstələrini ört-basdır etmək üçün uydurmuşdu və indi də davam etdirir. Dəhşət də ondadır ki, Ermənistan Liviyadan, Suriyadan, Fransadan, Rusiyadan döyüşmək üçün Ermənistana gələn "erməni əsilli" şəxslərin mövcudluğunu nəinki inkar edir, hətta bundan təbliğat kimi bəhrələnirdi. Ermənistanın və erməni diasporunun Liviya və Suriyadan pul qarşılığında adam gətizdirib, Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqlarında döyüşə göndərməsi terror fəaliyyəti, terrorçuların xidmətindən istifadə etmək deyilmiş, ancaq Azərbaycan öz torpaqlarını azad edirsə, deməli, ordusunun içində 300 terrorçu varmış?
Nə qədər həyasız millət olmalısan ki, bunu iddia edəsən!
Yaxşı, bəs niyə müharibədə darmadağın edilən erməni hərbçilərin kabusu "Yaşma", "052"-dir? Niyə məhz Azərbaycan XDQ-nin adı gələndə dəli olurlar? İndi də postda "Yaşma" gəlir" deyən kimi, silah-sursatı da atıb-qaçırlar! Niyə erməni hərbçilərdən birinin kabusu "300 terrorçu" deyil, Azərbaycanın qurd kimi igidləridir?
Miqrasiya Məcəlləsinə edilən yeni dəyişikliklə 2023-cü ildən 5 il müd
"Güzel günler" serialında rol alan aktyor Burak Dakakla aktrisa Ley
Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim, isti
İranda molla rejiminə qarşı etiraz aksiyaları artıq 3 aydan çoxdur ki, da
Bayram günlərində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxi
Sosial şəbəkə hesablarından etdiyi paylaşımlarla böyük diqqət çəkən
Gəncə Şəhər Baş Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşlarının k
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) daha üç avtomobili Laçın yolund
Nağd ödənişlərdə az, kartla ödəyəndə daha çox ƏDV veriləcəyi alıc
Dövlət Gömrük Komitəsinin (DGK) həbsdə olan iki generalının həbs müdd
Qarabağın nadir üzüm sortlarından olan Qara lkeni Azərbaycanın ən qiymə
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus
Sonuncu dəfə "Baht oyunu" serialında rol alan aktyor Tuan Tunalı �
"Düşünürəm ki, İlham Əliyev yeni tammiqyaslı münaqişədə maraql�
Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının Laçın yolunun Şuşa-Xan