"Vardanyan danışıqlar prosesini çox mürəkkəbləşdirib"
Digərləri 05 Yan 2023 10:26:00 394 0
"Düşünürəm ki, İlham Əliyev yeni tammiqyaslı münaqişədə maraqlı deyil".
Bu xəbəri də oxu: Övladlarımızın yaşında tərk etdiyimiz Cəbrayıla övladlarımızla birlikdə qayıdırıq Şamil Hüseynli
Son.az xəbər verir ki, bunu "Azadlıq" radiosunun erməni xidmətinə Carnegie Fondunun aparıcı analitiki, Qarabağ münaqişəsi üzrə tanınmış ekspert Tomas de Vaal deyib. Tomas de Vaal hələ sentyabrda demişdi ki, Azərbaycan prezidenti İlham Əliyevin məqsədi Ermənistanı, Qarabağ iddialarından əl çəkməsi və Zəngəzur dəhlizinin açılmasına razılıq verməsi şərtilə sülh müqaviləsini imzalamağa məcbur etməkdir.
O bu müsahibəsində vəziyyətin daha mürəkkəb olduğunu vurğulayıb: "Əlbəttə, indi orda baş verənlər çox ciddi hadisələrdir və mən qorxuram ki, 2023 çox gərgin, ağır il olsun. Mən ümid edirəm ki, yeni münaqişə olmayacaq, amma nə qədər ki, ciddi danışıqlar getmir, 2020-ci ilin noyabr bəyanatı faktiki olaraq yerinə yetirilmir və bu razılaşmanın əsas şərtlərindən biri olan Laçın dəhlizində tranzit yoxdur orada hazırda yeni münaqişənin simptomları mövcuddur".
Ekspert ümid etdiyini bildirib ki, Brüsseldə danışıqların daha bir raundu keçiriləcək:
"Mən düşünmürəm ki, münaqişə olacaq. Olsa da onun miqyası bizim 2020-ci ildə gördüyümüz müharibədən kiçik olacaq. Və mən düşünmürəm ki, Əliyev yeni tammiqyaslı münaqişədə maraqlı olsun. Yəqin ki, o, istədiklərini danışıqlarda ala bilməsə, Ermənistan tərəfinin üzərinə təzyiqlər edəcək".
Azatuyunun "niyə Rusiya vəziyyətə müdaxilə etmir" sualına Tomas de Vaal belə cavab verib:
"Bu çox əsaslı sualdır. Mənim bu suala cavabım yoxdur. Əlbəttə, daha çox ümumi bir səbəb ola bilər: Rusiyanın bütün hərbi, iqtisadi və siyasi resursları Ukraynaya yönəldilib. Əlbəttə, sülhməramlı missiya Qarabağda qalsa da, o elə də güclü deyil, bir il bundan əvvəl olduğu qədər peşəkar da deyil. Səbəblərdən biri də budur ki, Moskva uzun illərdir həm Bakının , həm də Yerevanın dəstəyinə və onlarla yaxşı münasibətlərə ümid edib. İkinci bir faktor budur ki, onlar Azərbaycanı qıcıqlandırmaq istəmirlər".
Ekspert Ermənistan üzərinə edilən təzyiqlərin Moskva tərəfindən dəstəkləndiyinə dair bəyanatlara inanmadığını bildirib:
Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının Laçın yolunun Şuşa-Xan
Vəkillər Kollegiyasının üzvü, tanınmış hüquqşünas Əkrəm Həsənovu
Müğənni Dilarə Kazımova sənət dostları ilə bağlı açıqlama verib.
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus
Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu yollarda sıxlıq
Hollivud ulduzu Bred Pitt yeni sevgilisi İnes De Romanla tətilə yollanıb.
Qalınlaşmş quru və kobud daban bir çox insanın probleminə çevrilib. Quru
Fransa vətəndaşlarının əksəriyyəti 2023-cü ilə bağlı olduqca bədbin
Kərə yağı təbiətin insana bəxş etdiyi ən yaxşı nemətlərdən biridir
ABŞ administrasiyası Ukraynaya "Bradley" piyada döyüş maşınlar�
ABŞ-ın "MakDonalds" şirkəti Qazaxıstanı tərk etmək niyyətind�
Fol turşusu (vitamin B9) suda həll olan vitaminlərdəndir. Alimlər və həki
Ölkəmizdə 2022-ci ildə 53 yeni təhsil müəssisəsi istifadəyə verilib.