Qarabağın nadir üzüm sortları yenidən


Digərləri 05 Yan 2023 10:54:00 285 0

Qarabağın nadir üzüm sortları yenidən

Qarabağın nadir üzüm sortlarından olan Qara lkeni Azərbaycanın ən qiymətli qara giləli texniki üzüm sortudur.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda (ÜŞETİ) milli brendlərin istehsalı və ixrac potensialının yüksəldilməsi məqsədilə itmək təhlükəsi olan yerli üzüm sortları sürətli üsullarla artırılır. İstehsalçıların keyfiyyətli əkin materialları ilə təmin edilməsi üçün yerli üzüm sortları aşkarlanıb toplanır. ÜŞETİ yerli üzüm sortlarının genetik müxtəlifliyini müasir üsullarla öyrənmək üçün Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutu ilə elmi əməkdaşlıq barədə müqavilə imzalayıb. Müqaviləyə əsasən 28 aprel 2022-ci il tarixdə Qara lkeni üzüm sortunun çubuqları molekulyar-genetik, ampelo və fenotipik deskriptorlarla analiz olunması üçün Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutuna göndərilib. Analizlərin nəticələrinə əsasən sortun genetik cəhətdən təmiz profil olduğu təsdiqlənib. Azərbaycanın qiymətli yerli üzüm sortlarının Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OIV) müasir protokol və üsullarına görə öyrənilib rəqəmsal təsvir edilməsi, üzüm sortlarının təyinedici əsas morfogenetik əlamətlərinin ayrı-ayrılıqda hər bir sort üçün tərtib olunması və Beynəlxalq Sort Kataloquna (VİVC) yerləşdirməsi onların milli sortlarımız olduğunu sübut etməyə imkan verir. Yerli üzüm sortlarının rəqəmsal təsvir edilməsində yaşıl zoğ, cavan yarpaq, formalaşmış yarpaq, salxım, gilə və toxumların əsas diaqnostik əlamətləri, məhsullarının enokarpoloji və enokimyəvi göstəriciləri mühim rol oynayır.

Sortun ampelodeskriptor əlamətləri tədqiqatlar və araşdırmalar nəticəsində öyrənilmiş morofoloji, aqrobioloji, təsərrüfat-texnoloji xüsusiyyətləri əsasında beynəlxalq miqyasda qəbul edilmiş metodika və protokollar üzrə aparılaraq təsvir olunub. Sort Qara dəniz hövzəsi sortları (convar pontica Negr.) qrupuna mənsubdur. Yarpaqları iri, nisbətən uzunsov, 5 dilimli olub, tünd-yaşıl rəngdədir. Ayasının səthi torvari qırışıqlı olub, qıfşəkilli-novlu, novşəkilli, yaxud qıfşəkilli formadadır. Ayanın yuxarı kəsikləri dərin və ya orta dərinlikdə olub, açıq iti dibli liraşəkilli, bağlı yumurtavari, yaxud dar ellipsvari və ya dəyirmi dibli, enli ellipsvari formadadır. Aşağı kəsikləri orta dərinlikdə olub, açıq, girintili bucaqşəkilli yaxud bağlı, iti dibli bəzən də dəyirmi dibli enli-ellipsvaridir.

Qara lkeninin tənəklərinə Gəncə, Göy-göl rayon­larında, Qara­bağ ərazisində (xüsusən Füzuli rayonunda) köh­nə üzüm bağlarında, xiyabanlarda rast gəlinir. Sort keçmiş Ümumittifaq Üzümçülük və Şərab­çılıq "Maqaraç" Elmi-Tədqiqat İnstitutu­nun Mərkəzi Asiya filialında geniş tədqiq olunmuş, key­fiyyətli desert şərabların hazırlanması üçün geniş istehsalata tövsiyə olunub. Qara lkeni Özbəkistan Respublikasının sort standartlarına daxil edilib. Sort hazırda Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat institutunun Abşeron kolleksiya bağında əkilib becərilir.

Sülhməramlıların daha 8 avtomobili Laçın yolundan maneəsiz keçdi  FOTO like
  • 05 Yan 10:52  
Digərləri Sülhməramlıların daha 8 avtomobili Laçın yolundan maneəsiz keçdi FOTO

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus

arrow Ətraflı
Məşhur serialın aktyoru italyan modellə evlənir  FOTO like
  • 05 Yan 10:45  
Şou-biznes Məşhur serialın aktyoru italyan modellə evlənir FOTO

Sonuncu dəfə "Baht oyunu" serialında rol alan aktyor Tuan Tunalı �

arrow Ətraflı
"Vardanyan danışıqlar prosesini çox mürəkkəbləşdirib" like
  • 05 Yan 10:26  
Digərləri "Vardanyan danışıqlar prosesini çox mürəkkəbləşdirib"

"Düşünürəm ki, İlham Əliyev yeni tammiqyaslı münaqişədə maraql�

arrow Ətraflı
Qarabağda 20 min "azərbaycanlı" GİROV SAXLANILIR like
  • 05 Yan 10:24  
Siyasət Qarabağda 20 min "azərbaycanlı" GİROV SAXLANILIR

Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının Laçın yolunun Şuşa-Xan

arrow Ətraflı
"Kişilər cılızlaşaraq ailədə iqtidarı əldən verəverə gedirlər" like
  • 05 Yan 10:20  
Digərləri "Kişilər cılızlaşaraq ailədə iqtidarı əldən verəverə gedirlər"

Vəkillər Kollegiyasının üzvü, tanınmış hüquqşünas Əkrəm Həsənovu

arrow Ətraflı
“Niyə birbirimizi qıraq?” like
  • 05 Yan 10:17  
Şou-biznes “Niyə birbirimizi qıraq?”

Müğənni Dilarə Kazımova sənət dostları ilə bağlı açıqlama verib.

arrow Ətraflı
Laçın yolundan sülhməramlıların daha bir təminat avtomobili maneəsiz keçdi  FOTO like
  • 05 Yan 10:14  
Digərləri Laçın yolundan sülhməramlıların daha bir təminat avtomobili maneəsiz keçdi FOTO

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus

arrow Ətraflı
Bakıda zəncirvari qəza olub, yaralılar var  FOTO  VİDEO like
  • 05 Yan 09:59  
Digərləri Bakıda zəncirvari qəza olub, yaralılar var FOTO VİDEO

Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Bu yollarda sıxlıq var like
  • 05 Yan 09:24  
Digərləri Bu yollarda sıxlıq var

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu yollarda sıxlıq

arrow Ətraflı
Ağstafada üç bacı dəm qazından zəhərləndi like
  • 05 Yan 09:22  
Digərləri Ağstafada üç bacı dəm qazından zəhərləndi

Ağstafada üç bacı dəm qazından zəhərlənib.

arrow Ətraflı
Bred Pitt yeni sevgilisiylə istirahətdə  FOTO like
  • 05 Yan 09:15  
Şou-biznes Bred Pitt yeni sevgilisiylə istirahətdə FOTO

Hollivud ulduzu Bred Pitt yeni sevgilisi İnes De Romanla tətilə yollanıb.

arrow Ətraflı
Quru və çatlamış daban, mazol və varikoz probemi like
  • 05 Yan 08:59  
Digərləri Quru və çatlamış daban, mazol və varikoz probemi

Qalınlaşmş quru və kobud daban bir çox insanın probleminə çevrilib. Quru

arrow Ətraflı
Fransızların əksəriyyəti 2023cü ildə ölkədə like
  • 05 Yan 08:57  
Siyasət Fransızların əksəriyyəti 2023cü ildə ölkədə

Fransa vətəndaşlarının əksəriyyəti 2023-cü ilə bağlı olduqca bədbin

arrow Ətraflı
Aldığınız yağın kərə yağı olduğunu necə bilmək olar? like
  • 05 Yan 08:55  
Digərləri Aldığınız yağın kərə yağı olduğunu necə bilmək olar?

Kərə yağı təbiətin insana bəxş etdiyi ən yaxşı nemətlərdən biridir

arrow Ətraflı
ABŞ Ukraynaya “Bradley” PDMlərinin tədarükünü like
  • 05 Yan 08:54  
Siyasət ABŞ Ukraynaya “Bradley” PDMlərinin tədarükünü

ABŞ administrasiyası Ukraynaya "Bradley" piyada döyüş maşınlar�

arrow Ətraflı