Bakıda uşaq sığınacağında ŞOK HADİSƏ: Ana və nənə polisə
Digərləri 03 Yan 2023 23:11:00 380 0
Azərbaycan Uşaqlar Birliyinin sığınacağında insident yaşanıb.
Bu xəbəri də oxu: Qəzada həlak olan pilotun dostu: İki aya təqaüdə çıxmalı idi, amma...
Bu barədə birliyin sədri Kəmalə Ağazadə özünü sosial şəbəkə hesabında məlumat paylaşıb. O, hadisə zamanı olanalrı belə izah edib:
"Yeni ilin ilk günlərində ilk təhlükəmizi çox ağır atlatdıq. Bu dəfə ziyanı Bakı şəhər Baş Polis İdarəsi 4 cü bölmənin əməkdaşları yaşadı...
Uşaqları 3 həftə öncə nənə sığınacağa yerləşdirməsində məqsəd onların həyatı təhlükə olması idi. Qəbul etdik və aidiyyatı qurumlara məlumat verildi. Sosial Xidmətlər Agentliyi tərəfindən ananın şəraitinə baxış keçirildi və uşaqların bir müddət sığınacaqda reabilitasiya keçməsini məqsədə uyğun hesab etdi. Ata uşaqların vəziyyətini öyrəndikdən sonra ərizə ilə məhkəməyə müraciət edərək uşaqların ona verilmə iddiasını qaldırıb.
Bu gün isə nənə gəlib ki, qızım mənim evimi yandırmaqla hədələyib, axşama kimi uşaqları qaytarmalıyam, verin uşaqları aparım. Əlbəttə ki, biz prosedur qaydalarını izah etdik. Bildirdik ki, iş günü olmadığından biz Sosial Xidmətlər Agentliyinin, eləcə də Sabunçu rayon İcra Hakimiyyəti yanında komissiyanın nümayəndələrini dəvət edə bilmərik. 2 gündən sonra onların iştirakı ilə uşaqların verilib-verilməməsi barədə qərar olacaq. Uşaqların nənəsi bizə fiziki müqavimətlər göstərdiyindən dərhal 102 xidmətinə müraciət etdik, sığınacaqda digər sakinlərə də təhlükənin yaranacağını bildirdik. Bu arada uşaqların anası da gəlib çıxdı və onun tərəfindən daha böyük münaqişə yaradıldı.
4 cü bölmənin əməkdaşları 1 saat söhbət aparmaqlarına baxmayaraq bu dəfə polisə hücum olundu və dövlət əmlakına xətər yetirildi, maşının şüşələri qırıldı, polis əməkdaşlarına fiziki xəsarətlər yetirildi".
K. Ağazadənin sözlərinə görə, hazırda həm ana, həm də nənə 4 cü bölməyə aparılıb.
Rəvayətlərdən birində deyilir: Nuh (ə) gəmisinə mindiyi zaman Allah-təa
Qarabağda müvəqqəti yerləşən Rusiyanın sülhməramlı missiyasının fun
Nə az, nə çox 45 illik ömründə yaratdığı əsərləri ilə hələ də ya
Geridə qoyduğumuz 2022-ci il bir sıra məmurların istefaları, bəzilərinin
Ukraynada gedən müharibədə ölən rus əsgərlərin ailələrinə 5 milyon
FİFA prezidenti Canni İnfantinonun Pelenin dəfnində tabutun yanında selfi �
Cənubi Koreya iş adamı İlon Maskın elektrikli avtomobil istehsal edən &quo
Rio-de-Janeyrodakı "Marakana" stadionuna gedən əsas yollardan biri
İsrail Baş naziri Benyamin Netanyahu Körfəz ölkəsi olan BƏƏ-yə ilk səf
Yemək yeyərkən müstəhəb olan şeylər. Yaxşı olar ki, insan bardaş qurd
Xərçəngdən əziyyət çəkən əməkdar artist Gülbahar Şükürlünün xə
Qazaxıstanın Janatas şəhərində fövqəladə vəziyyət rejimi tətbiq edil
Yanvarın 1-də nüfuzlu "Foreign Policy" jurnalı Beynəlxalq Krizis
Allah-taala "Furqan" surəsində özünün yaxşı bəndələrinin sə
Tovuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliy