Rus sülhməramlıları Qarabağdan çıxarılsa, nə olacaq? –
Siyasət 03 Yan 2023 23:09:00 395 0
Qarabağda müvəqqəti yerləşən Rusiyanın sülhməramlı missiyasının funksiyaları mövzusu Ermənistanda Laçın dəhlizinin bağlanması kontekstində çox müzakirə olunur.
Son.az bizim.media-ya istinadən bildirir ki, bu fikirləri parlamentin "Mənim şərəfim var" fraksiyasının deputatı Tiqran Abramyan yazıb.
"Deyirlər ki, Rusiya sülhməramlı missiyası öz funksiyalarından birini yerinə yetirmir. Təbii ki, belə deyil. Onların Qarabağdan çıxarılması məsələsini qaldırmağa dəyərmi? Qətiyyən yox!
Rus qoşunları olmasaydı və ya Qarabağdan çıxarılsaydı, nə baş verərdi? Təbii ki, Azərbaycan təkcə dəhlizin bağlanması ilə kifayətlənməyəcək və yeni müharibə təhlükəsi yaranacaq.
İndi belə təhlükə yoxdur? Var, amma risk azdır, çünki söhbətin miqyası çox böyüyüb.
Rusiya Federasiyası öz varlığı ilə hücumu cilovlaya bilsə və vaxtı uzatsa, biz bundan yararlanıb müharibəyə hazırlaşmalıyıq.
Ermənistan hökumətinin iddia etdiyi kimi, çoxmillətli sülhməramlı missiya Qarabağda yerləşdirilsə, nə dəyişəcək? Bəs beynəlxalq ictimaiyyətin belə bir istəyi varmı?
Çoxmillətli sülhməramlı missiya yeni müharibənin qarşısını alacaqmı, heç kim dəqiq deyə bilməz. Bunun üçün Rusiya ilə hər zamankındən daha çox işləmək lazımdır. Biz regionda hərbi balansın bərpasına çalışmalıyıq. Təbii ki, bu, indiki hakimiyyətlə praktiki olaraq mümkün deyil, çünki onlar əks istiqamətdə hərəkət edirlər.
Digər beynəlxalq aktyorlara gəlincə, onların əksəriyyətinin Azərbaycana real təsiri var və böyük istək və yaxşı iş ilə vəziyyəti dəyişmək olar", - Abramyan qeyd edib.
Paylaşımdan görünür ki, Ermənistan revanşist çağırışlarından yenə də əl çəkmir, regionda hərbi balansı öz xeyirlərinə dəyişmək istəyir. Rəsmi İrəvan görəsən, buna necə nail olacaq?
Azərbaycanın siyasi, iqtisadi və hərbi gücü qarşısında tab gətirəcəkmi? Üstəlik NATO-da güclü orduya sahib olan Türkiyənin davranışlarından heçmi qorxuları yoxdur. Sınırdan Azərbaycanın qədim şəhəri olan İrəvana cəmi bir neçə kilometr var.
Ermənilərə impuls verən isə yalnız Fransadır. Onun da Türkiyə, İsrail və Britaniyadan yan keçərək Azərbaycana təsiretmə mexanizmi sıfıra bərabərdir. Həm də Qərbin bir çox ölkələri hazırda Azərbaycan qazı ilə təmin edilir.
Nə az, nə çox 45 illik ömründə yaratdığı əsərləri ilə hələ də ya
Geridə qoyduğumuz 2022-ci il bir sıra məmurların istefaları, bəzilərinin
Ukraynada gedən müharibədə ölən rus əsgərlərin ailələrinə 5 milyon
FİFA prezidenti Canni İnfantinonun Pelenin dəfnində tabutun yanında selfi �
Cənubi Koreya iş adamı İlon Maskın elektrikli avtomobil istehsal edən &quo
Rio-de-Janeyrodakı "Marakana" stadionuna gedən əsas yollardan biri
İsrail Baş naziri Benyamin Netanyahu Körfəz ölkəsi olan BƏƏ-yə ilk səf
Yemək yeyərkən müstəhəb olan şeylər. Yaxşı olar ki, insan bardaş qurd
Xərçəngdən əziyyət çəkən əməkdar artist Gülbahar Şükürlünün xə
Qazaxıstanın Janatas şəhərində fövqəladə vəziyyət rejimi tətbiq edil
Yanvarın 1-də nüfuzlu "Foreign Policy" jurnalı Beynəlxalq Krizis
Allah-taala "Furqan" surəsində özünün yaxşı bəndələrinin sə
Tovuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliy
Ürəkdə ağrı adətən fiziki gərginlik və ya stress nəticəsində əməl�
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Üç nəfərlik və