Bakı və İrəvan arasında yeni müharibə


Siyasət 03 Yan 2023 22:51:00 355 0

Bakı və İrəvan arasında yeni müharibə

Yanvarın 1-də nüfuzlu "Foreign Policy" jurnalı Beynəlxalq Krizis Mərkəzinin "2023-cü ildə izləniləcək 10 münaqişə" adlı təhlilini dərc edib. Analizdə Ukrayna müharibəsindən tutmuş İran, Yəmən, Efiopiya, Konqo, Pakistan, Tayvan və Ermənistan-Azərbaycan münasibətlərinə qədər - 10 ən kəskin münaqişədən bəhs edilir. Müəlliflərin fikrincə, 44 günlük müharibədən 2 il sonra tərəflər yeni müharibə istiqamətində hərəkət edirlər.

Son.az Cənubi Qafqaz Tədqiqatları Mərkəzinə istinadən bildirir ki, İrəvanın 2 il müddətində güclü ordu yarada bilmədiyi, Rusiyanın isə Ukrayna müharibəsinə başı qarışdığı vaxtda Azərbaycan Aİ ilə yeni strateji əhəmiyyətli qaz memorandumu imzaladığı, öz hərbi potensialını artırdığı və Türkiyə ilə hərbi əməkdaşlığı yeni mərhələyə qaldırdığı bildirilir:

"Analitiklər bundan belə nəticəyə gəlirlər ki, yeni müharibə 44 günlük müharibədən fərqli olaraq daha qısamüddətli olub, Azərbaycanın mütləq qələbəsi ilə yekunlaşacaqdır.

Mövqe tutarlı arqumentlərlə əsaslandırılsa da, jurnal oxucunu potensial müharibənin fundamental səbəbləri ilə tanış etmir. Necə deyərlər: suallara cavab bizi ağıllı, sualın mahiyyətinin dərk edilməsi isə bizi müdrik edir. Potensial müharibənin səbəbi − Ermənistan və vasitəçilərin destruktiv siyasətidir.

Ermənistanın destruktiv siyasəti

Üçtərəfli razılaşmaya görə, Ermənistan Qarabağdan bütün qoşun birləşmələrini çıxartmalı, Zəngəzur dəhlizini açmalı və qanunsuz rejimin maliyyələşməsini dayandırmalı idi. Lakin Ermənistan münasibətlərin normallaşması istiqamətində zəruri siyasi iradə göstərməmiş, ziddiyyətli və qeyri-ardıcıl mövqe nümayiş etdirmiş, əldə edilmiş razılaşma və üzərinə götürmüş öhdəliklərin icrasından davamlı olaraq boyun qaçırmış, sülh müqaviləsinin mətni üzrə təkliflərdə prosesi uzatmış və normallaşma səylərinə zərbə vurmaq məqsədilə siyasi və hərbi təxribatlara əl atmışdır.

Paşinyan Praqa və Soçidə, daha sonra isə müsahibələrində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, Qarabağın beynəlxalq tanınmasını prioritet məqsəd adlandıran Milli Təhlükəsizlik Strategiyasını qüvvədə saxlamış və Qarabağın Azərbaycandan "islahedici ayrılma" (remedial secession) siyasətini 2021-25-ci il hökumət proqramına daxil etmişdir. Qarabağdan qoşun birləşmələrinin tam çıxarılmaması, qanunsuz rejimin maliyyələşməsinə $410 mln.-dan artıq vəsaitin ayrılması İrəvanın destruktiv siyasətinin əyani sübutlarıdır.

Vasitəçilərin destruktiv siyasəti

44 günlük müharibə Moskvanın Cənubi Qafqazdakı mövqelərini möhkəmləndirdi və Ermənistanın Rusiyadan iqtisadi və hərbi asılılığını artırdı. Lakin bu taktiki üstünlüyün uzunmüddətli strateji qələbəyə çevrilməsi üçün Moskva zəruri addımlar atmadı: öhdəliklərin icrası məqsədilə Ermənistana təzyiqlər göstərilmədi. 2021-ci ildə Moskva bunu etmək istəmədi, 2022-ci ildə isə artıq bacarmadı.

Brüsselin vasitəçiliyinə böyük ümidlər var idi. Lakin Fransa prezidentinin birtərəfli və qərəzli bəyanatları, Senat və Milli Assambleyanın isə əsassız və iftiradolu qətnamələri bu formatın taleyini qeyri-müəyyən etdi. Danışıqların Brüssel formatında bərpa edilməsi üçün Makron şəxsən və ya Ş.Mişel vasitəsilə bu formatdan kənarlaşdığını bəyan etməlidir. Amma görünən odur ki, Frasanın CQ siyasəti bir yerli icmanın maraqlarına qədər daralıb.

ABŞ sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, əməldə bunu göstərmir. Son iki ildə ABŞ-ın Azərbaycandakı səfiri bir dəfə də olsun Şuşaya səfər etmədi. Əvəzində ABŞ-ın Ermənistandakı səfiri L.Treysi bu müddət ərzində baş verən bütün toqquşmalarda Azərbaycanı günahlandırdı, yeni səfir K.Kvin isə öz təyinatı ilə bağlı Senat dinləmələrində Azərbaycanın məsuliyyətə cəlb edilməsi məqsədilə əlindən gələni edəcəyini Konqresdəki "erməni kokusu"nun üzvü R.Menendezə söz verdi.

Görünən odur ki, Ermənistan və vasitəçilər yaxın aylarda destruktiv siyasətdən əl çəkməyəcəklər. Bu isə regional sabitliyə və Azərbaycanın milli təhlükəsizliyinə real təhdidlər formalaşdırıb, Bakını məsələni güc yolu ilə həll etməyə məcbur edə bilər".

Gecəni sübhə qədər namaz qılanlar like
  • 03 Yan 22:50  
Digərləri Gecəni sübhə qədər namaz qılanlar

Allah-taala "Furqan" surəsində özünün yaxşı bəndələrinin sə

arrow Ətraflı
Tovuzda avtomobillər toqquşdu: Xəsarət alanlar var like
  • 03 Yan 22:46  
Digərləri Tovuzda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Tovuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliy

arrow Ətraflı
Ürək tutması və infarkt zamanı yardım. Bu bilgilər insanın həyatını qurtara bilər like
  • 03 Yan 22:45  
Digərləri Ürək tutması və infarkt zamanı yardım. Bu bilgilər insanın həyatını qurtara bilər

Ürəkdə ağrı adətən fiziki gərginlik və ya stress nəticəsində əməl�

arrow Ətraflı
Zarafat etməyin, gülməyin, danışmağın və qulağa söz deməyin... like
  • 03 Yan 22:40  
Digərləri Zarafat etməyin, gülməyin, danışmağın və qulağa söz deməyin...

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Üç nəfərlik və

arrow Ətraflı
Aşağı təzyiqdən əziyyət çəkənlər  Həyati təhlükə var like
  • 03 Yan 22:35  
Digərləri Aşağı təzyiqdən əziyyət çəkənlər Həyati təhlükə var

Arterial hipotenziya dünyada 30% insanın əziyyət çəkdiyi simptomdur.

arrow Ətraflı
Kəpək niyə əmələ gəlir? like
  • 03 Yan 22:30  
Digərləri Kəpək niyə əmələ gəlir?

Kəpək baş dərisinin ölmüş hüceyrələrindən ibarətdir. Normal halda, b

arrow Ətraflı
Türkiyə və Bolqarıstan arasında qaz sazişi like
  • 03 Yan 22:27  
Digərləri Türkiyə və Bolqarıstan arasında qaz sazişi

Bolqarıstanın "Bulgargaz" şirkəti ilə Türkiyənin dövlət şirk

arrow Ətraflı
Qarın ağrılarının xəritəsi like
  • 03 Yan 22:25  
Digərləri Qarın ağrılarının xəritəsi

Qarın nahiyəsindəki ağrıları bu xəritə ilə analiz et

arrow Ətraflı
Ayaqqabbıların və çəkmənin rəngləri like
  • 03 Yan 22:20  
Digərləri Ayaqqabbıların və çəkmənin rəngləri

Gündəlik isdifadə olunan ayaqqabılar üçün ən münasib rəng ağ və sar�

arrow Ətraflı
Yeni müalicə üsulu like
  • 03 Yan 22:15  
Digərləri Yeni müalicə üsulu

İspaniyalı alimlər fəqərələr arasında olan disklərin yırtıqlarının

arrow Ətraflı
Qeyriqida məhsulları sürətlə bahalaşır: Qiymətləri like
  • 03 Yan 22:12  
Digərləri Qeyriqida məhsulları sürətlə bahalaşır: Qiymətləri

Marketlərdə qeyri-qida məhsulları, xüsusilə gigiyenik vasitələr bahalaş

arrow Ətraflı
Gözə sürmə çəkmə haqqında like
  • 03 Yan 22:10  
Digərləri Gözə sürmə çəkmə haqqında

Hələ qədim zamanlardan sürmədən müalicəvi məqsədlər üçün isdifadə

arrow Ətraflı
Xaçmazda Sumqayıt sakininin like
  • 03 Yan 22:08  
Digərləri Xaçmazda Sumqayıt sakininin

Xaçmazda Sumqayıt sakini, 1962-ci il təvəllüdlü Əliyev İsmayıl Bəxtiya

arrow Ətraflı
Saxta pendirləri necə ayırd etməli? like
  • 03 Yan 22:05  
Digərləri Saxta pendirləri necə ayırd etməli?

Pendir... Əksər evlərdə səhər yeməyinin ayrılmaz hissəsidir. Pendirlər

arrow Ətraflı
"2023 Ukrayna üçün qələbə ili olacaq" like
  • 03 Yan 22:04  
Siyasət "2023 Ukrayna üçün qələbə ili olacaq"

"Ukrayna 2023-cü ildə Rusiyaya qarşı müharibədə qələbə qazanmaq �

arrow Ətraflı