Pul, yoxsa insanlıq?


Digərləri 03 Yan 2023 23:55:00 239 0

Pul, yoxsa insanlıq?

Pul! Nədir pul? Varlı üçün hər şeydir, kasıb üçün heç nədir. Bu yerdə bu misralar düşür yada.

Adəmi adəm eyləyən paradır, Parasız adəmin üzü qaradir. Demək ki, necə olur olsun, təki pulun olsun. Pulu olub onu necə xərcləyə bilməyənlər var, pulu olmayıb xərcləməyə ehtiyacı olanlar da var. Pulu çox olub borc verməyənlər var, pulu olmayıb borcunu verə bilməyənlər də var. Pulu çox olub "Allah"ı unudanlar var, pulu olmayıb "Allah" kəlməsi dilindən düşməyənlər də var. Pulu çox olub "Bəlkə Allah məni imtahan edir, ehtiyacı olanlara verim" düşünməyənlər var, pulu olmayıb "Bəlkə Allah məni imtahan edir" düşünənlər də var. Pulu çox olub israf edənlər var, pulu olmayıb israfın nə olduğunu bilməyənlər də var. Pulu çox olub kababı yemək saymıyanlar var, pulu olmayıb quru çörək tapmayanlar da var. Pulu çox olub bu gün aldığı paltarı sabah bəyənmiyənlər var, pulu olmayıb geyinməyə paltar tapmıyanlar da var. Pulu çox olub faiz yeyənlər var, pulu olmayıb faiz ödəyənlər də var. Pulu çox olub gündə kef məclisi quranlar var, pulu olmayıb ehsan verə bilməyənlər də var. Pulu çox olub özəl xəstəxanalar tikdirənlər var, pulu olmayıb xəstələrini müalicə etdirə bilməyənlər də var. Bir sözlə pulu çox olub naşükür olanlar var, pulu olmayıb şükür edənlər də var. Bu dünya sizin üçün bir imtahandır. Kimi malı ilə, kimi canı ilə, kimi də övladı ilə imtahan olunar. Heç vaxt açılan əlləri boş qaytarmayın. Verdiyiniz zəkat ilə malınızı artırın, verdiyiniz sədəqə ilə başınıza gələn bəlanı qaytarın, verdiyiniz borc pul ilə savabınızı artırın. Hər yaxşı əməli Allah üçün edin, bəndə bilməsə də olur. Əsl yaxşılıq odur ki, gizlində də aşkarda da gördüyün işi görəsən (Hz. Muhamməd s.v.s). Allah hər şeyi görəndir, biləndir. Bəs insanlıq nədir? Mirzə Əlkbər Sabirin bu misralarını xatırlamamaq mümkün deyil. Fəhlə səndə, özünü bir insanmı sanırsan?! Pulsuz kişi, insanlığı asanmı sanırsan?! Niyə biz insanlara insanlığına görə deyil, varına, dövlətinə, vəzifəsinə görə qiymət veririk. Axı insanlıq pulnan ölçülmür, axı insanlıq vəzifə ilə də ölçülmür. İnsanlıq elə insanlıqnan ölçülür, insanlıq səmimiyyətlə ölçülür. İstər vəzifədə ol, istər fəhlə ol, istər dövlətli ol, istərsə də kasıb ol, əsas odur ki, insan ol və insan olduğunu heç vaxt unutma. Əsl insan odur ki, özündən kiçiklərə salam verə bilsin, özündən böyüklərə hər kəs salam verə bilir, əsl insan odur ki, özündən kiçiklərlə səmimi olsun, özündə böyüklərlə hər kəs səmimi ola bilir. Əsl insan odur ki, bütün insanların xoş gününə sevinsin, pis günündə yardımçısı olsun. Bəli, bax budur əsl insanlıq.

Həm Azərbaycan, həm də biz TANAPda işimizi davam etdiririk like
  • 03 Yan 23:53  
Siyasət Həm Azərbaycan, həm də biz TANAPda işimizi davam etdiririk

Türkiyə Azərbaycanla birlikdə TANAP-ı yaratdı. Həm Azərbaycan tərəfi,

arrow Ətraflı
Putin Ərdoğanla telefonla danışmağı like
  • 03 Yan 23:52  
Siyasət Putin Ərdoğanla telefonla danışmağı

Rusiya prezidenti Vladimir Putin yanvarın 4-də türkiyəli həmkarı Rəcəb T

arrow Ətraflı
"SpaceX" raketdaşıyıcının buraxılışını like
  • 03 Yan 23:51  
Dünya "SpaceX" raketdaşıyıcının buraxılışını

ABŞ-ın "SpaceX" şirkəti çərşənbə axşamı orbitə 114 kommers

arrow Ətraflı
Nəfsin müsahibəsi like
  • 03 Yan 23:50  
Digərləri Nəfsin müsahibəsi

Hər gecə öz-özünüzlə hesab çəkin. Ey insan, (Allah sənə hər iki dün

arrow Ətraflı
Məğlub tərəfin mövqeyi  Ermənistan XİNin bəyanatı like
  • 03 Yan 23:49  
Siyasət Məğlub tərəfin mövqeyi Ermənistan XİNin bəyanatı

Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada

arrow Ətraflı
Su depressiyadan qoruyur like
  • 03 Yan 23:45  
Digərləri Su depressiyadan qoruyur

Hər il depressiyadan əziyyət çəkən insanların sayı artır.

arrow Ətraflı
Sular haqqında like
  • 03 Yan 23:40  
Digərləri Sular haqqında

Su, dünya və axirətin ən xeyirli və ən dadlı içkisidir. Ondan səmərəl

arrow Ətraflı
Maraqsız və mükafatsız iş sağlamlığı məhv edir like
  • 03 Yan 23:35  
Digərləri Maraqsız və mükafatsız iş sağlamlığı məhv edir

Əgər siz özünüzü işə sərf edirsizsə, əvəzində rəhbərlikdən təri

arrow Ətraflı
Ermənistanda tanınmış aktyor like
  • 03 Yan 23:34  
Dünya Ermənistanda tanınmış aktyor

Ermənistanda çəkilən serialların məşhur aktyoru Arsen Levonyan özünü q

arrow Ətraflı
Epilyasiya növləri like
  • 03 Yan 23:30  
Digərləri Epilyasiya növləri

Epilyasiya - üz və bədəndən arzuolunmaz tüklərin təmizlənməsidir. Salo

arrow Ətraflı
Baş beyin və ürək damar spazmalarına qarşı – like
  • 03 Yan 23:25  
Digərləri Baş beyin və ürək damar spazmalarına qarşı –

Skleroz əleyhinə, damar genişləndirici, ürək və beyin damar spazmlarını

arrow Ətraflı
Zikr və Allahı yad etmək like
  • 03 Yan 23:20  
Digərləri Zikr və Allahı yad etmək

1-Zikr etmək peyğəmbərlərin sifətlərindən idi.

arrow Ətraflı
Paşinyanın "taktika"sı savaşa çağırışdır: Amerikalılar isə Əliyevin like
  • 03 Yan 23:14  
Siyasət Paşinyanın "taktika"sı savaşa çağırışdır: Amerikalılar isə Əliyevin

Rəsmi İrəvan Fransa, İran və Hindistana güvənərək, Azərbaycan-Ermənis

arrow Ətraflı
Bakıda uşaq sığınacağında ŞOK HADİSƏ: Ana və nənə polisə like
  • 03 Yan 23:11  
Digərləri Bakıda uşaq sığınacağında ŞOK HADİSƏ: Ana və nənə polisə

Azərbaycan Uşaqlar Birliyinin sığınacağında insident yaşanıb.

arrow Ətraflı
Üzük qaşlarındakı yazılar haqqında like
  • 03 Yan 23:10  
Digərləri Üzük qaşlarındakı yazılar haqqında

Rəvayətlərdən birində deyilir: Nuh (ə) gəmisinə mindiyi zaman Allah-təa

arrow Ətraflı