Azərbaycan banklarının xarici öhdəlikləri azalıb


İqtisadiyyat 25 İyn 2020 16:08:02 269 0

Azərbaycan banklarının xarici öhdəlikləri azalıb

2020-ci ilin yanvarın 1-nə nisbətən 2,8% az, ötən ilin iyunun 1-i ilə müqayisədə isə 6,1% çoxdur

Azərbaycan banklarının xarici öhdəlikləri bu il iyunun 1-nə 1 mlrd 599,5 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 1,7% azalıb.

Bu, 2020-ci ilin yanvarın 1-nə nisbətən 2,8% az, ötən ilin iyunun 1-i ilə müqayisədə isə 6,1% çoxdur.