AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək


İqtisadiyyat 01 İyl 2020 21:06:21 217 0

AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək

​Həftənin şənbə günü, iyul ayının 4-də Azərbaycanın milli aviadaşıyıcısı Bakı-İstanbul Bakı marşrutu üzrə daha bir xüsusi reys yerinə yetirəcək.

Həftənin şənbə günü, iyul ayının 4-də Azərbaycanın milli aviadaşıyıcısı Bakı-İstanbul Bakı marşrutu üzrə daha bir xüsusi reys yerinə yetirəcək.

Bu barədə "Report"aAzərbaycan Hava Yollarından(AZAL) məlumat verilib.

Aviabilet satışı aviaşirkətin rəsmi www.azal.az saytında başlanıb.

Bakı-İstanbul-Bakı istiqamətində uçuş “Airbus A320” təyyarəsində ekonom sinifdə 168 sərnişin nəzərdə tutulmaqla yerinə yetiriləcək.

Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı zamanı tətbiq edilən tariflərlə analojidir.

Tələbələr aviabilet alışı zamanı 30% həcmində güzəştdən yararlana biləcəklər. Bu məqsədlə aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir. Güzəştli aviabiletin rəsmiləşdirilməsi üzrə ətraflı videotəlimatla burada tanış ola bilərsiniz: https://youtu.be/HylsY0m9cEM

Xatırladırıq ki, yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılacaq. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə aşağıda tanış ola bilərsiniz:

- İnci laboratoriyası. Ünvan: Bülbül prospekti, 40. Əlaqə telefonu: +994 51 229 49 80;

- Referans kliniki laboratoriya mərkəzi. Ünvan: Mirzəbala Məmmədzadə küçəsi. Əlaqə telefonu: +994 70 653 00 33;

- Memorial Klinik. Ünvan: Qara Qarayev prospekti, 38a. Əlaqə telefonu: +994 12 520 30 40.

Daha əvvəl məlumat verildiyi kimi, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən "Memorial Sağlık Grubu" klinikaları və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi

İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə Nazirliyi (və ya digər səlahiyyətli orqanı) tərəfindən sertifikasiya olunan laboratoriyadan yaxud yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində müayinədən keçməsi barədə arayış təqdim edə bilər.

İstənilən halda test uçuşdan ən gec 48 saat əvvəl verilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə, uçuş zamanı özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməklə bəyannamə doldurulmalıdır. 8103 nömrəsinə SMS göndərməklə alınan icazələr həmin şəxslərə şamil olunmayacaq.

AZAL-ın yeni qaydalarına əsasən yalnız qadın əl çantasının və ya kişi portfelinin, yaxud 30x35x10 sm ölçüdən böyük olmayan portativ kompyüter üçün çantanın (çanta yalnız təyinatı üzrə istifadə edilməlidir) əl yükü qismində daşınmasına icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək baqaj bölməsinə təhvil verilməlidir. "Duty Free" mağazalarından alınan əşyaların da təyyarədə əl yükü qismində daşınması qadağandır.

Xatırladaq ki, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarədə xüsusi qaydalar tətbiq olunacaq. "Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M

Britaniyada son sutkada koronavirusdan 176 nəfər vəfat edib like
  • 01 İyl 21:05  
Dünya Britaniyada son sutkada koronavirusdan 176 nəfər vəfat edib

Britaniyada son sutkada koronavirusdan 176 nəfər vəfat edib.

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 01 İyl 20:53  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
İspaniya və Portuqaliya sərhədlərini açdı like
  • 01 İyl 20:41  
Dünya İspaniya və Portuqaliya sərhədlərini açdı

İspaniya və Portuqaliya koronavirus pandemiyası səbəbindən təxminən üç

arrow Ətraflı
Salyanda “Toyota”nı aşıran sürücü hadisə yerində öldü like
  • 01 İyl 20:35  
Digərləri Salyanda “Toyota”nı aşıran sürücü hadisə yerində öldü

Salyan rayonunun Qırxçıraq kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

arrow Ətraflı
Azərbaycanda Həcc ziyarəti ilə bağlı ödənişlərin bir hissəsi artq qaytarılıb like
  • 01 İyl 20:29  
Digərləri Azərbaycanda Həcc ziyarəti ilə bağlı ödənişlərin bir hissəsi artq qaytarılıb

Bu il koronavirus səbəbindən Həcc ziyarəti ləğv olunduğuna görə Həcc

arrow Ətraflı
Operativ Qərargah karantin tətbiq edilməyən bölgələrdəki vəziyyəti müzakirə edib like
  • 01 İyl 20:25  
Sosial Operativ Qərargah karantin tətbiq edilməyən bölgələrdəki vəziyyəti müzakirə edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı

arrow Ətraflı
Məşhur aparıcıya yeni vəzifə verildi like
  • 01 İyl 20:23  
Digərləri Məşhur aparıcıya yeni vəzifə verildi

"Xəzər TV"nin keçmiş aparıcısı Vamiq Nəsirov özünə yeni iş

arrow Ətraflı
Ərdoğan: Türkiyə Suriyanın ərazi bütövlyünün qorunması üçün əlindən gələni edəcək like
  • 01 İyl 20:17  
Dünya Ərdoğan: Türkiyə Suriyanın ərazi bütövlyünün qorunması üçün əlindən gələni edəcək

Türkiyə Suriyanın ərazi bütövlyünün qorunması üçün əlindən gələn

arrow Ətraflı
Qazaxıstanda iki həftəlik karantin tətbiq ediləcək like
  • 01 İyl 20:14  
Dünya Qazaxıstanda iki həftəlik karantin tətbiq ediləcək

Qazaxıstan Nazirlər Kabineti koronavirusla bağlı iyulun 5-dən etibarən 14

arrow Ətraflı
Bakıda evdən qadın meyiti tapılıb like
  • 01 İyl 20:11  
Digərləri Bakıda evdən qadın meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil

arrow Ətraflı
Son 6 ayda 3908 əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib like
  • 01 İyl 20:05  
Digərləri Son 6 ayda 3908 əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib

Cari ilin ilk yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin

arrow Ətraflı
Qəbələdə qardaş qardaşı güllələyib like
  • 01 İyl 19:59  
Digərləri Qəbələdə qardaş qardaşı güllələyib

Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib.

arrow Ətraflı
"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb like
  • 01 İyl 19:53  
Digərləri "Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb

Təhsil Nazirliyi "Mədəniyyət" və "ARB Günəş" telekan

arrow Ətraflı
“Sərhədlər bağlıdırsa, necə Londona gedə bilərəm?” like
  • 01 İyl 19:47  
Şou-biznes “Sərhədlər bağlıdırsa, necə Londona gedə bilərəm?”

Müğənni Nigar Camalın instaqramda paylaşdığı şəkil müzakirələrə s

arrow Ətraflı