Yeni pullu yolun bir hissəsinin tikintisi yekunlaşır


İqtisadiyyat 01 İyl 2020 16:59:22 196 0

Yeni pullu yolun bir hissəsinin tikintisi yekunlaşır

Yeni pullu yolun bir hissəsinin tikintisi yekunlaşır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 (Bakı-Quba-Rusiya ilə dövlət sərhədi) yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikintisini sürətlə və keyfiyyətlə davam etdirir.

Bu barədə “Report”a AAYDA-dan bildirilib.

Məlumata görə, artıq ödənişli avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik hissəsində tikinti işləri bitmək üzrədir. Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi (Rusiya sərhədi) arasında yerləşən 58 km-lik hissəsində isə tikinti işləri bu ilin sonunadək bitəcək.

Yolun 45-ci kilometrliyindən, “Yaşma bağları” yaşayış məntəqəsindən başlayan və 150 km uzunluğunda olan yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3,75 m, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27,5 metr təşkil edəcək.

Layihədə tikinti işləri 5 hissə üzrə aparılır. Bu yeni yolun 0-30, 30-53,5, 53,5-73,5, 73,5-92 və 92-150-ci km-lik hissələrini əhatə edir. Hazırda tikinti işləri yeni magistralın 1-ci (Yaşma-Giləzi) hissəsi üzrə yekunlaşır. 5-ci (Gəndob-Samur) hissə üzrə isə işlərin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Qalan 3 hissə üzrə tikinti işlərinin 2021-ci ilin 2-ci yarısında yekunlaşdırılması planlaşdırılır.

Layihənin və I hissənin başlanğıcı mövcud M-1 ilə dövlət sərhədi avtomobil yolunun 45-ci km olmaqla, yeni yolun 7 km-lik hissəsi beton yol üzrə layihələndirildiyindən mövcud sement-beton örtüyü, köhnə asfalt frezlənib, yararsız material qazılıb çıxarılıb, daha keyfiyyətli material ilə tökmə işləri yerinə yetirilib, qruntun zəif olduğu yerlərində qaya dolğu işləri icra edilib, yol geyimi aşınma layına qədər tikilib.

Yeni layihələndirilən yolun I hissəsi üzrə (0-30 km) hamarlayıcı lay, əsas lay və asfalt-beton örtüyün 2 layı tikilib. Belə ki, 29 sm hündürlükdə olacaq asfalt-beton örtüyünün aşınma layının tikintisi qalıb ki, bu çərçivədə işlər yaxın müddət ərzində icra olunacaq. Layihə üzrə nəzərdə tutulmuş körpülərin, tunellərin və suötürücü boruların tikintisi və kommunikasiya işləri də tamamlanıb.

Yeni magistralın tikintisi yekunlaşan hissəsi üzrə hazırda ödəniş məntəqələrinin qurulması istiqamətində addımlar atılır. Ümumilikdə hər bir hərəkət istiqaməti üzrə magistralın 52-ci km-də (Yaşma) 171-ci km-də (Qusar-Xudat yolu ilə kəsişmə) 4 nəzarət-buraxılış zolağı fəaliyyət göstərəcək. Onlardan 1-i avtonəqliyyat vasitələrinin sürətli, 2-i adi qaydada keçidi təmin edəcək. 1 keçid isə ehtiyyat keçidi olacaq və qabariti normadan böyük olan nəqliyyat vasitələrinin keçməsi üçün də istifadə olunacaq.

Bundan başqa, yeni avtomagistrala 73, 103, 132 və 154-cü km-də yerləşən 4 iri yaşayış məntəqəsindən yol qovşaqları vasitəsi ilə daxil olmaq mümkün olacaq. Bu Giləzi y/məntəqəsi, Siyəzən və Şabran rayonları, həmçinin Quba-Xaçmaz avtomobil yolu ilə kəsişən ərazidir. Sözügedən ərazilərdə isə hər bir hərəkət istiqaməti üzrə 2 nəzarət buraxılış zolağı fəaliyyət göstərəcək.

Yeni magistral avtomobil yolundan istifadə üçün ödəniş hər km-ə görə yük və minik avtomobillərinə görə fərqli məbləğdə olması nəzərdə tutulub. Hazırda ödəniş məbləğinin müəyyən edilməsi istiqamətində aidiyyəti qurumlarla məsləhətləşmələr aparılır.

Layihənin II (30-5,5 km), III (53,5-73,5 km) və IV (73,5-92 km) hissələri üzrə isə hazırda torpaq işləri görülür, V hissədə (92-150 km) isə tikinti artıq sonuncu mərhələ üzrə həyata keçirilir. Yeni istiqamət üzrə inşa edilən və mövcud magistral avtomobil yolundan 13 km qısa olan sözügedən hissənin uzunluğu 58 km-dir.

Ümumilikdə yeni inşa edilən 150 km-lik yol boyu 39 qovşaq və yol ötürücü körpünün, 15 hidravlik və kanal körpüsünün, 41 kəndlərarası düzbucaqlı yeraltı keçidin, 514 dairəvi müxtəlif diametrlərdə dairəvi beton suötürücünün və ehtiyat boruların, 43 düzbucaqlı suötürücü boruların, 20 avtomobil və mal-qara keçidinin tikintisi, həmçinin müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub ki, bu çərçivədə işlər bitmək üzrədir. Magistral üzrə hesabi yük A-15, NK-100-dür.

Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 m olmaqla) nəzərdə tutulur.

Yeni ödənişli avtomagistralın keçdiyi ərazi Xəzər sahili boyu Samur-Dəvəçi ovalığından yerləşir əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi nəzərdə tutulur.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək
“Volvo” tarixinin ən böyük geri çağırma əməliyyatına başlayıb like
  • 01 İyl 16:57  
İqtisadiyyat “Volvo” tarixinin ən böyük geri çağırma əməliyyatına başlayıb

İsveçin avtomobil istehsalçısı “Volvo” şirkəti ön təhlükəsizlik k

arrow Ətraflı
Niyam verilişdə adı ilə zarafat edən Kənana ƏSƏBİLƏŞDİ: like
  • 01 İyl 16:57  
Şou-biznes Niyam verilişdə adı ilə zarafat edən Kənana ƏSƏBİLƏŞDİ:

"Mənə səhv tutursan ki, "Niyam nədi, Niyaməddin denən". Amm

arrow Ətraflı
Həsən Ruhani: "ABŞ Suriyanın təbii sərvətlərini talayır" like
  • 01 İyl 16:56  
Dünya Həsən Ruhani: "ABŞ Suriyanın təbii sərvətlərini talayır"

ABŞ Suriyada terrorla mübarizə barədə səs-küy salaraq bir tərəfdən də

arrow Ətraflı
Qonaqlıq təşkil edən restoran sahibi həbs edildi like
  • 01 İyl 16:56  
Digərləri Qonaqlıq təşkil edən restoran sahibi həbs edildi

Bərdədə qonaqlıq təşkil edən restoran sahibi həbs edilib.

arrow Ətraflı
Azərbaycanda daha bir sertifikat mərkəzi yaradılır like
  • 01 İyl 16:55  
Sosial Azərbaycanda daha bir sertifikat mərkəzi yaradılır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida Təhlükəsizliyi İ

arrow Ətraflı
7 tona yaxın istehlaka yararsız ət aşkar edildi, prokurorluqda cinayət işi başlandı like
  • 01 İyl 16:51  
Digərləri 7 tona yaxın istehlaka yararsız ət aşkar edildi, prokurorluqda cinayət işi başlandı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfind

arrow Ətraflı
Azərbaycanda su çatışmazlığı və itkilərin səbəbləri açıqlanıb like
  • 01 İyl 16:47  
Digərləri Azərbaycanda su çatışmazlığı və itkilərin səbəbləri açıqlanıb

"Son illərdə yağıntıların azalması, orta illik temperaturun yüksəl

arrow Ətraflı
Azərbaycan Türkiyədən avtomobil idxalını artırıb like
  • 01 İyl 16:45  
Digərləri Azərbaycan Türkiyədən avtomobil idxalını artırıb

2020-ci ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı

arrow Ətraflı
Trend BİA Avropada nüfuzlu media resurslarının ilk üçlüyündə yer alıb  FOTO like
  • 01 İyl 16:43  
Siyasət Trend BİA Avropada nüfuzlu media resurslarının ilk üçlüyündə yer alıb FOTO

Trend BİA Avropada nüfuzlu media resursları reytinqində üçüncü yeri tutu

arrow Ətraflı
İyulun 4-də planetlərin paradı başlayır like
  • 01 İyl 16:40  
Dünya İyulun 4-də planetlərin paradı başlayır

İyul ayının 4-də Günəş sisteminin 9 planetinin hamısı Günəşdən bir

arrow Ətraflı
"Heç nə sizinlə ünsiyyətə mane ola bilməz" like
  • 01 İyl 16:39  
Digərləri "Heç nə sizinlə ünsiyyətə mane ola bilməz"

Heç nə sizinlə ünsiyyətə mane ola bilməz.

arrow Ətraflı
YPX qəzaya düşən hamilə qadının həyatını xilas etdi - VİDEO like
  • 01 İyl 16:34  
Sosial YPX qəzaya düşən hamilə qadının həyatını xilas etdi - VİDEO

Qadının yaxınları göstərdikləri köməkliyə görə, polis əməkdaşlar

arrow Ətraflı
Kənd Təsərrüfatı Nazirliyi 1 milyon manatlıq dərman alır like
  • 01 İyl 16:34  
İqtisadiyyat Kənd Təsərrüfatı Nazirliyi 1 milyon manatlıq dərman alır

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yerli qurum

arrow Ətraflı
Milli Məclisdə su təchizatı ilə bağlı dinləmələr keçirilib like
  • 01 İyl 16:33  
Siyasət Milli Məclisdə su təchizatı ilə bağlı dinləmələr keçirilib

İyulun 1-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komit

arrow Ətraflı
Dörd aydır qızımı görmürəm like
  • 01 İyl 16:27  
Şou-biznes Dörd aydır qızımı görmürəm

ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı əməkdar artis

arrow Ətraflı