“AzerGold”un xalis mənfəəti 55% artıb
İqtisadiyyat 01 İyl 2020 17:18:43 312 0
“AzerGold” QSC 2019-cu ili 12,5 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub.
“AzerGold” QSC 2019-cu ili 12,5 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 54,8% çoxdur.
Ötən il “AzerGold”un satışdan gəlirləri 86,2 milyon ABŞ dolları (əvvəlki ilə nisbətən 47,6% çox), satışının maya dəyəri 55,7 milyon ABŞ dolları (42,9% çox), dəyərsizləşmə üzrə zərəri 5,7 milyon ABŞ dolları (3,6 dəfə çox), ümumi və inzibati xərcləri 4,9 milyon ABŞ dolları (30,1% çox), maliyyə xərcləri 3,8 milyon ABŞ dolları (8,55% az), digər xərcləri 1 milyon ABŞ dolları (69,6% çox), mənfəət vergisi ödəmələri isə 2,6 milyon ABŞ dolları (38,7% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “AzerGold”un aktivləri 110,2 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 0,5% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 18,6% azalaraq 82,6 milyon ABŞ dollarına, balans kapitalı isə 3 dəfə artaraq 27,6 milyon ABŞ dollarına, o cümlədən nizamnamə kapitalı 5,5 dəfə artaraq 7,2 milyon ABŞ dollarına çatıb.
Xatırladaq ki, "AzerGold" ölkə Prezidentinin 11 fevral 2015-ci il tarixli fərmanı ilə 5 iyul 2016-cı il tarixində yaradılıb. 100% dövlətə məxsus şirkəti İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri təmsil edir.
"AzerGold"un fəaliyyət sahələrinə qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi daxildir.
"İşim yoxdur, pul qazanmıram. İnstaqramda nəsə reklam edirəmsə, ond

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi ol

Dövlət İmtahan Mərkəzi dövlət qulluğu ilə bağlı təxirə salınan&mü

"Pandemiyanın turizm sektoruna zərbə vurması həm də, yüzlərlə insanın

Cari il iyulun 1-dək fonda 111.958.386,11 AZN, 213.577,88 ABŞ dolları, 17.566

Ölkəmizin turizm sektoru qeyri-neft sektorun ən sürətlə inkişaf edən sah

Yeni pullu yolun bir hissəsinin tikintisi yekunlaşır

İsveçin avtomobil istehsalçısı “Volvo” şirkəti ön təhlükəsizlik k

"Mənə səhv tutursan ki, "Niyam nədi, Niyaməddin denən". Amm

ABŞ Suriyada terrorla mübarizə barədə səs-küy salaraq bir tərəfdən də

Bərdədə qonaqlıq təşkil edən restoran sahibi həbs edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida Təhlükəsizliyi İ

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfind

"Son illərdə yağıntıların azalması, orta illik temperaturun yüksəl

2020-ci ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı
