Xəzər Siyasət Mərkəzi COVID-19-un iqtisadi nəticələrinə dair virtual görüş təşkil edib


İqtisadiyyat 01 İyl 2020 19:07:52 131 0

Xəzər Siyasət Mərkəzi COVID-19-un iqtisadi nəticələrinə dair virtual görüş təşkil edib

Xəzər regionundakı bir çox ölkələr maddi öhdəliklərə kömək məqsədilə yeni təşəbbüslərə başlayıb

Bu gün Xəzər Siyasət Mərkəzi (XSM) Xəzər regionunda mövcud COVID-19 pandemiyasını və onun regional hökumətlərin iqtisadi siyasətlərinə ola biləcək potensial təsirlərini müzakirə etmək üçün Əfqanıstan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkiyə və Özbəkistan səfirlikləri ilə birlikdə ABŞ Dövlət Departamentindən, ABŞ Beynəlxalq Maliyyə Korporasiyasından (BMK), Beynəlxalq Valyuta Fondundan (BVF) olan aparıcı mütəxəssisləri və qeyd olunan ölkələrin iqtisadi-siyasət rəsmilərini bir araya topladı.

XSM-in icraçı direktoru Əfqan Nifti tədbirin açılışında bildirib ki, həm qlobal, həm də regional miqyaslı güclü əməkdaşlıq, koordinasiya və yardım, habelə sağlam iqtisadi prinsiplərə əsaslanan siyasətlər Xəzər regionunun bərpası üçün mühüm olacaq.

I welcomed the ministerial level representatives from Caspian and USG at the ⁦@caspiancenter⁩ webinar in partnership with embassies of ⁦@Embassy_of_AFG⁩ ⁦@azembassyus⁩ ⁦@GeorgianEmbassy⁩ ⁦@KazakhEmbassy⁩ ⁦@UZEmbassyDC⁩ ⁦@TurkishEmbassy⁩ pic.twitter.com/H5jzOQh3PM

— Efgan Nifti (@enifti) June 30, 2020

Vebinarda ABŞ Dövlət Departamentinin İqtisadi və Biznes Məsələləri üzrə Bürosunun Ticarət Siyasəti və Danışıqlar üzrə katib köməkçisinin müavini Devid Mil, ABŞ Beynəlxalq Maliyyə Korporasiyasının baş icraçı direktorunun konsultantı Kaleb Makkari, Əfqanıstan Prezidentinin baş məsləhətçisi, Mərkəzi Bankın İcraçı Direktoru Ajmal Əhmədi, Azərbaycanın İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf, Gürcüstanın Baş Nazirinin iqtisadi məsləhətçisi Beka Liluaşvili, Qazaxıstanda Astana Beynəlxalq Maliyyə Mərkəzinin baş iqtisadçısı Baur Bektemirov, Türkiyə Ticarət Nazirliyində baş direktor müavini Fuad Kasimcan, Özbəkistanın Kapital və Xarici Ticarət nazirinin müavini Şuxrat Vafaev, Beynəlxalq Valyuta Fondunda Orta Şərq və Mərkəzi Asiya üzrə məsləhətçi və Azərbaycan və Türkmənistan üzrə səfir Natalia Tamirisa və Azərbaycanda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədr müavini Esmira Cəfərova Xəzər regionunda COVID-19 pandemiyasının cari vəziyyəti, pandemiyanın təsirləri və cavab tədbirləri ilə məşğul olan müəssisələrə dəstək məqsədli bir çox siyasi tədbirlər və işlərin davamlılığına imkan verən və bərpa üçün zəmin yaradan müəssisələrə kömək etmək məqsədi daşıyan tədbirlər barədə danışıblar.

Devid Mil çıxışında təchizat zəncirləri təklif etmək üçün bir çox sərvətlərə malik ölkələrin ədalətli və əlavə dəyərli iqtisadi inkişafına təkan verəcək şəkildə inkişaf edib-etməməsi məsələsini qaldırıb: “Biz ABŞ-da yeni yaranan texnologiyaları səbrsizliklə gözləyirik və bilirik ki, ölkələrin ticarət və sərmayəyə yanaşma tərzi həmin zəncirləri və onların inkişafını formalaşdıracaq".

BMK-nın baş icraçı direktorunun konsultantı Kaleb Makkari isə çıxışında maraqların birləşdirilməsi məsələsinə toxunub: "Bizim maraqlarımız ortaq maraqlarla birləşdikdə daha da irəliləyir". Davamlılıq və gəlirləri yığmaq üçün yaxşı sərmayə fürsətinin olması BMK və hər hansı digər maliyyə və inkişaf müəssisəsi üçün mühüm cəhətlərdir."

Ajmal Əhmədi öz növbəsində vurğuıayıb ki, ölkəsində dərhal yerli çörəkxanalarla əməkdaşlıq edən ərzaq paylanması proqramı hazırlanıb: “Özümüz kisələrdə buğda tədarük etmək əvəzinə, həmin çörəkxanalara un vermələri üçün buğda topdansatışçıları ilə əməkdaşlıq etmək və daha sonra onlardan paylama siyahısındakı şəxslər üçün bişirmələrini xahiş etmək kimi nisbətən daha yenilikçi bir fikir ərsəyə gətirdik. Bu, bizə cəmi iki həftə ərzində layihə konsepsiyasından layihə icrasına keçid etmək imkanı verdi və qida təhlükəsizliyi məsələləri ilə erkən mərhələlərdə məşğul olduğumuzdan əmin olmağa kömək etdi".

[email protected], Acting Governor of Central Bank in #Afghanistan and Sn. Advisor to the President: "We have built strong relationships with #Azerbaijan."@Embassy_of_AFG @azembassyus pic.twitter.com/2JUlG3odpz

— CPC (@caspiancenter) June 30, 2020

Xəzər regionundakı bir çox ölkələr bu tədbirlərdən qaynaqlanacaq istənilən mənfi nəticələri həll etmək üçün ciddi sosial məsafə tədbirlərini həyata keçirməklə və bütöv çoxsahəli proqram təqdim etməklə virusun yayılmasının qarşısını ala bildi. XSM heyətinin üzvü təqaüdə çıxmış səfir Robert F.Sekutanın rəhbərlik etdiyi vebinar spikerlər arasında COVID-19-la bağlı bərpa və azaltma cəhdlərinə dair, xüsusən də COVID-19 pandemiyasının təsirlərini azaltmaq üçün Böyük Xəzər regionunda yerli iqtisadi siyasətlərlə bağlı məhsuldar fikir mübadilələrinə səbəb oldu.

Rövşən Nəcəf çıxışında pandemiyanın təsirləri ilə mübarizədə iqtisadi siyasətlər üzrə əsas prioritetləri açıqladı: "Tikinti, dağ-mədən sənayesi, neft-kimya məhsulları, rəqəmsal iqtisadiyyat, nəqliyyat, logistika, telekommunikasiya, kənd təsərrüfatı, aqrobiznes, eləcə də yerli və regional turizm pandemiyanın təsirləri ilə mübarizədə iqtisadi siyasətlər üzrə əsas prioritetlərimizdir."

TUNE IN LIVE: Deputy #Economy Minister of #Azerbaijan Rovshan Najaf is joining our webinar on Tuesday to discuss the #COVID19 implications for the economy and growth in the Greater #Caspian Region. Join this timely discussion here: https://t.co/[email protected] @INazirliyi pic.twitter.com/x770hRO4To

— CPC (@caspiancenter) June 25, 2020

Beka Liluaşvili isə qeyd edib ki, Gürcüstanın turizm sənayesindəki cari vəziyyət tikinti və daşınmaz əmlak daxil olmaqla, iqtisadiyyatın digər sahələrinə də öz təsirini göstərir."

Baur Bektemirov öz çıxışında xüsusi vurğulayıb ki, kənd təsərrüfatı əhəmiyyətli dərəcədə mühüm olmağa başlayıb: “Bu, qida təhlükəsizliyi, inkişaf və ticarət üçün yeni imkanlar və iqtisadiyyatlarımızın müxtəlifliyi ilə bağlıdır".

Xəzər regionundakı bir çox ölkələr maddi öhdəliklərə kömək və pandemiyaya görə karantin qaydalarından əziyyət çəkən müəssisələrə dəstək məqsədilə yeni təşəbbüslərə başlayıb. Biznes vahidlərinin iqtisadi fəaliyyətdə pandemiyadan qaynaqlanan zəifləmə ilə mübarizə apara bilməsini təmin etmək üçün bir neçə ölkə vergilərdə fasilələr və tətillər, kommunal xərclərə yardım və faizlərə yardımlar həyata keçirdi. Vebinar zamanı spikerlər Böyük Xəzər regionu ölkələri ilə ABŞ arasında regional əməkdaşlığın iqtisadi rifah məqsədli təşəbbüsləri dəstəkləmək üçün olan əhəmiyyətini vurğuladı. Bir neçə panel iştirakçısı virusun yayılmasını azaltmaq üçün yeni nizamnamələrin hazırlanması zamanı sərhəddənkənar ticarəti qoruyub saxlamaq, beynəlxalq müəssisələrdən istifadə, regional əməkdaşlığın asanlaşdırılması və pandemiya ərzində mühüm təchizat xətlərinin açıq qalmasını təmin etmək cəhdlərini vurğuladı. Spikerlər həmçinin rəqəmsal məkan və Xəzər regionundakı bir çox ölkələrdə olan cari karantin rejiminə baxmayaraq ondan faydalı ticarət danışıqlarını asanlaşdırmaq, mühüm məhsullar üçün təchizat xətlərinin təhlükəsizliyini təmin etmək və iqtisadi fəaliyyəti qoruyub saxlamaq üçün necə istifadə oluna biləcəyi ilə bağlı da müzakirələr apardılar.

Baur Bektemirov, Chief Economist, Astana International Finance Center in Kazakhstan: "#Agriculture is very important and it is on govt's agenda for future partnerships."@KazakhEmbassy pic.twitter.com/x27GLyf8pE

— CPC (@caspiancenter) June 30, 2020

Xəzər Siyasət Mərkəzi haqqında

Xəzər Siyasət Mərkəzi (XSM) Vaşinqton D.C.-də yerləşən müstəqil, qeyri-kommersiya tədqiqat mərkəzidir. Xəzər regionunun iqtisadi, siyasi, enerji və təhlükəsizlik məsələləri Mərkəzin əsas tədqiqat hədəfidir. XSM Xəzər regionunun bir-biri ilə bağlı məsələlərinin hərtərəfli başa düşülməsini təmin etmək üçün müvafiq elanlar, tədbirlər, layihələr və mətbuat nümunələri ilə Xəzər regionunda başlıca tədqiqat və müzakirə platforması olmağı hədəfləyir.

İnkluziv, elmi və yenilikçi yanaşması ilə Xəzər Siyasət Mərkəzi Xəzər regionunun məşhur məsələləri üzrə fərqli fikirlər və yanaşmalar üçün həm regiondan, həm də ölkənin paytaxtından olan akademik çevrə, biznes və siyasət dünyasının fərqli insanlarının ünsiyyət qurduğu bir platforma təqdim edir. (Caspianpolicy.org-dan daha ətraflı öyrənin).

“Bu, karantin rejiminin daha da sərtləşdirilməsi deməkdir” like
  • 01 İyl 19:06  
Digərləri “Bu, karantin rejiminin daha da sərtləşdirilməsi deməkdir”

Daxili İşlər Nazirliyi sabahdan Bakı küçələrində karantin postlarının

arrow Ətraflı
Qazaxda ictimai nəqliyyatda karantin qaydalarını pozanlar cərimələndi like
  • 01 İyl 19:05  
Digərləri Qazaxda ictimai nəqliyyatda karantin qaydalarını pozanlar cərimələndi

Qazaxda ictimai nəqliyyatda karantin qaydalarını pozan şəxslər inzibati m

arrow Ətraflı
Türkiyə İraqa koronavirusla mübarizə üçün tibbi yardım göndərib like
  • 01 İyl 18:59  
Dünya Türkiyə İraqa koronavirusla mübarizə üçün tibbi yardım göndərib

Türkiyə İraqa yeni növ koronavirusa qarşı mübarizə üçün tibbi yardım

arrow Ətraflı
İcazəsi olmayan nəqliyyat vasitələri videomüşahidə kameraları ilə müəyyən ediləcək like
  • 01 İyl 18:57  
Digərləri İcazəsi olmayan nəqliyyat vasitələri videomüşahidə kameraları ilə müəyyən ediləcək

Nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması vide

arrow Ətraflı
İtaliya hökuməti ölkəyə gələnlər üçün yeni karantin qaydaları tətbiq edib like
  • 01 İyl 18:53  
Dünya İtaliya hökuməti ölkəyə gələnlər üçün yeni karantin qaydaları tətbiq edib

İtaliya hökuməti iyulun 2-dən etibarən qeyri-Şengen ölkələri və Avropa

arrow Ətraflı
Qurban bayramında 4 gün iş olmayacaq like
  • 01 İyl 18:50  
Digərləri Qurban bayramında 4 gün iş olmayacaq

Qurban bayramında 4 gün qeyri-iş günü olacaq.

arrow Ətraflı
Polis günü ərəfəsində yeni inşa edilən binaların açılışı olub like
  • 01 İyl 18:48  
Siyasət Polis günü ərəfəsində yeni inşa edilən binaların açılışı olub

​Azərbaycan Polisi Günü ərəfəsində - iyulun 1-də Daxili İşlər nazir

arrow Ətraflı
Polis cərimə ödəyən şəxsə qəbz verməyib? like
  • 01 İyl 18:47  
Digərləri Polis cərimə ödəyən şəxsə qəbz verməyib?

Daxili İşlər Nazirliyi sosial şəbəkədə polisin cərimə ödəyən şəxs

arrow Ətraflı
Bakının küçə və prospektlərində polis postları ləğv edilir - RƏSMİ like
  • 01 İyl 18:38  
Sosial Bakının küçə və prospektlərində polis postları ləğv edilir - RƏSMİ

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

arrow Ətraflı
"Google" ofislərin açılışını daha iki ay təxirə saldı like
  • 01 İyl 18:29  
Digərləri "Google" ofislərin açılışını daha iki ay təxirə saldı

"Google" şirkəti ABŞ-ın bir sıra ştatlarında koronavirusa yolux

arrow Ətraflı
Ucarda avtomobil piyadanı vurdu - VİDEO like
  • 01 İyl 18:23  
Sosial Ucarda avtomobil piyadanı vurdu - VİDEO

"Lada-priora" markalı minik maşını ilə yolu keçmək istəyən piyada, rayo

arrow Ətraflı
"Qələt edib banka kreditə girdim. adıma maşın var, gəlib əlimdən alacaqlar" like
  • 01 İyl 18:23  
Şou-biznes "Qələt edib banka kreditə girdim. adıma maşın var, gəlib əlimdən alacaqlar"

Müğənni Səidə Sultan kreditini ödəyə bilməməkdən şikayətlənib.

arrow Ətraflı
Metsamor AESin fəaliyyəti dayandırılıb like
  • 01 İyl 18:17  
Dünya Metsamor AESin fəaliyyəti dayandırılıb

Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyası plan-x

arrow Ətraflı