İqtisadi azalma templərini ləngidəcək yeganə istiqamət daxili investisiyaları canlandırmaqdır -RƏY


İqtisadiyyat 01 İyl 2020 17:40:16 197 0

İqtisadi azalma templərini ləngidəcək yeganə istiqamət daxili investisiyaları canlandırmaqdır -RƏY

Canlanmanın mənbəyi isə biznes kreditlərinin sahibkarlar tərəfindən əlçatanlığını stimullaşdırmaq, aşağı faizlərlə uzun müddətli maliyyə resursları ilə təmin etməkdir

“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 mart2020-ci il tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin 4 aprel2020-ci il tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planının müvafiq bəndlərindən irəli gələn vəzifələrin icrası və ölkə iqtisadiyyatında qeyri-neft sektoruna investisiya qoyuluşlarının və sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması ilə əlaqədar sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, eləcə də Sahibkarlığın İnkişafı Fondunun maliyyələşdirmə alətlərinin genişləndirilməsi ilə əlaqədar müvafiq normativ-hüquqi aktların qəbul edilməsinə və mövcud normativ hüquqi aktlara dəyişikliklərin edilməsinə zərurət yaranmışdı.

Bu məqsədlə İqtisadiyyat Nazirliyi tərəfindən “Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na dəyişikliklər, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi, maliyyələşdirmə alətlərinin genişləndirilməsi barədə təkliflər paketi hazırlanıb, dövlət qurumları, sahibkarların ictimai təşkilatları, o cümlədən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) xətti ilə ayrı-ayrı sektorlar üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə geniş müzakirə olunub. Hökumətdə bir daha baxıldıqdan sonra təkliflər paketi aidiyyəti üzrə təqdim olunub. Azərbaycan Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə “Sahibkarlığın İnkişafı Fondununvəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası” təsdiq edilib və Fondun nizamnaməsinə dəyişiklik olunub.

Yeni qaydaları şərh edən İqtisadi islahatların Təhlili və Kommunikasiyası Mərkəzinin (İİTKM) "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadənin sözlərinə görə, bu tipli addımlar likvidliyi təmin edir.

“Beynəlxalq iqtisadi sistemdə baş verən iqtisadi kiçilmə fonunda dünya dövlətləri tərəfindən fiskal stimul paketləri, yumşaq pul siyasətləri vasitəsilə nəfəs kimi lazım olan pul likvidliyi təmin edilir. Azərbaycan dövləti tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dövlətin kredit-zəmanət dəstəyi iqtisadi artıma dəstək və məşğulluğun dəstəklənməsi proqramı əsasında həyata keçiriləcək. Tətbiq ediləcək dəstək nəticəsində pandemiyadan əziyyət çəkən sahibkarların ucuz maliyyə resurslarına əlçatanlığı təmin olunaraq, biznesin davamlılığını dəstəkləyəcək. Sahibkarlara verilən yeni kreditlər üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi sözügedən subyektlərin mövcud pandemiya şəraitində arxayın şəkildə işləməsi üçün əlavə stimuldur.

Statistikaya nəzər salsaq, 2019-ci ildə real sektora kredit qoyuluşları 15,3 mlrd manat olmuşduki, bu da ÜDM-in 18,7 faizini təşkil edir. Yalnız ev təsərrüfatlarına verilən kreditlər isə ÜDM-in 8,5 faizini, ümumi kredit qoyuluşlarının isə 45,6 faizini təşkil edir. Sahibkarlarıq subyektlərinin biznes fəaliyyətinə qoyulan investisiyalarda kredit qoyuluşları isə 7,5 mlrd manat təşkil edir ki, ÜDM-in 9,2 faizini əhatə edir. İnkişaf etmiş ölkələrdə kommersiya bankları tərəfindən biznes kreditləri ÜDM səviyyəsində (100%) və daha çox olur. Bu baxımdan məcmu tələb elementlərinin aşağı düşməsi ilə əlaqədar məcmu təklifində enməsi iqtisadi azalmanı sürətləndirə bilər. Xarici investisiyaların dayanması ilə iqtisadi azalma templərini ləngidəcək yeganə istiqamət daxili investisiyaları canlandırmaqdır. Canlanmanın mənbəyi isə biznes kreditlərinin sahibkarlar tərəfindən əlçatanlığını stimullaşdırmaq, aşağı faizlərlə uzun müddətli maliyyə resursları ilə təmin etməkdir.

Sözügedən mexanizm vasitəsilə ilin sonuna qədər Azərbaycan üçün iqtisadi azalma templəri yavaşlayacaq, post pandemiya dövrü üçün iqtisadi bazis formalaşacaqdır”, - deyə Nicat Hacızadə əlavə edib.

Vladimir Putin: "Suriyada sülh naminə birgə çalışacağıq" like
  • 01 İyl 17:35  
Dünya Vladimir Putin: "Suriyada sülh naminə birgə çalışacağıq"

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir

arrow Ətraflı
“Tesla”nın səhmləri ilkin tədavüldən bəri 60 dəfə bahalaşıb like
  • 01 İyl 17:35  
İqtisadiyyat “Tesla”nın səhmləri ilkin tədavüldən bəri 60 dəfə bahalaşıb

ABŞ-ın elektromobil istehsalçısı “Tesla” şirkətinin səhmlərinin qiy

arrow Ətraflı
Rusiyada koronavirusdan ölənlərin sayı 9 500 nəfəri keçib like
  • 01 İyl 17:35  
Dünya Rusiyada koronavirusdan ölənlərin sayı 9 500 nəfəri keçib

Rusiyada koronavirusa yoluxanların sayı 650 min nəfəri keçib.

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 01 İyl 17:32  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məluma

arrow Ətraflı
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı AÇIQLANDI like
  • 01 İyl 17:23  
Digərləri Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı AÇIQLANDI

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı i

arrow Ətraflı
“AzerGold”un xalis mənfəəti 55% artıb like
  • 01 İyl 17:18  
İqtisadiyyat “AzerGold”un xalis mənfəəti 55% artıb

“AzerGold” QSC 2019-cu ili 12,5 milyon ABŞ dolları xalis mənfəətlə ba

arrow Ətraflı
"Yerimə kim olsaydı intihar edərdi" like
  • 01 İyl 17:17  
Şou-biznes "Yerimə kim olsaydı intihar edərdi"

"İşim yoxdur, pul qazanmıram. İnstaqramda nəsə reklam edirəmsə, ond

arrow Ətraflı
Yeni ödənişli avtomagistralın 30 kmlik hissəsinin tikintisi sona çatır like
  • 01 İyl 17:15  
Digərləri Yeni ödənişli avtomagistralın 30 kmlik hissəsinin tikintisi sona çatır

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi ol

arrow Ətraflı
Dövlət qulluğu ilə bağlı onlayn müsahibələr başlayıb like
  • 01 İyl 17:12  
Sosial Dövlət qulluğu ilə bağlı onlayn müsahibələr başlayıb

Dövlət İmtahan Mərkəzi dövlət qulluğu ilə bağlı təxirə salınan&mü

arrow Ətraflı
"Daxili turizmin inkişafı üçün mövcud vəziyyətdən istifadəyə xüsusi diqqət yetirilir" like
  • 01 İyl 17:11  
Siyasət "Daxili turizmin inkişafı üçün mövcud vəziyyətdən istifadəyə xüsusi diqqət yetirilir"

"Pandemiyanın turizm sektoruna zərbə vurması həm də, yüzlərlə insanın

arrow Ətraflı
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı məlum oldu like
  • 01 İyl 17:07  
Siyasət Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı məlum oldu

Cari il iyulun 1-dək fonda 111.958.386,11 AZN, 213.577,88 ABŞ dolları, 17.566

arrow Ətraflı
Azər Badamov: Turizm pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biridir like
  • 01 İyl 17:05  
Siyasət Azər Badamov: Turizm pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biridir

Ölkəmizin turizm sektoru qeyri-neft sektorun ən sürətlə inkişaf edən sah

arrow Ətraflı
Yeni pullu yolun bir hissəsinin tikintisi yekunlaşır like
  • 01 İyl 16:59  
İqtisadiyyat Yeni pullu yolun bir hissəsinin tikintisi yekunlaşır

Yeni pullu yolun bir hissəsinin tikintisi yekunlaşır

arrow Ətraflı
“Volvo” tarixinin ən böyük geri çağırma əməliyyatına başlayıb like
  • 01 İyl 16:57  
İqtisadiyyat “Volvo” tarixinin ən böyük geri çağırma əməliyyatına başlayıb

İsveçin avtomobil istehsalçısı “Volvo” şirkəti ön təhlükəsizlik k

arrow Ətraflı