Azərbaycan qaz ixracını 13% artırıb


İqtisadiyyat 24 İyn 2020 10:01:51 254 0

Azərbaycan qaz ixracını 13% artırıb

Azərbaycanın xaricə qaz satışı 5,6 mlrd kubmetr təşkil edib

Bu ilin yanvar-may aylarında Azərbaycanın xaricə qaz satışı 5,6 mlrd kubmetr təşkil edib.

Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4% çoxdur.

Cari ilin yanvar-may aylarında Türkiyəyə 4,3 mlrd kubmetrdən çox qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,2 mlrd kubmetr, BTC boru kəməri sisteminə verilən qazın həcmi isə 51 min kubmetrolub.