Qazaxıstanda təbii qaz hasilatı 7% artıb


İqtisadiyyat 23 İyn 2020 20:00:00 232 0

Qazaxıstanda təbii qaz hasilatı 7% artıb

Qazaxıstanda 2020-ci ilin yanvar-may aylarında maye və ya qaz halında təbii qaz hasilatı 24,8 milyard kubmetrə çatıb

Qazaxıstanda 2020-ci ilin yanvar-may aylarında maye və ya qaz halında təbii qaz hasilatı 24,8 milyard kubmetrə çatıb.

“Report” “Energyprom.kz” portalına istinadən xəbər verir ki, bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 7,2% çoxdur.

Bu həcmin 40,3%-i və ya 10 milyard kubmetri qaz halında təbii qazın payına düşürsə, hasilatın 59,7%-i və ya 14,8 milyard kubmetri neft səmt qazından alınıb.

Qazaxıstan 2020-ci ilin yanvar-aprel aylarında 6,3 milyard kubmetr təbii qaz ixrac edib, ixracın həcmində illik azalma 34,9% təşkil edib. Qazaxıstan təbii qazının əsas idxalatçısı Çin olub: bu ölkəyə 566,1 milyon ABŞ dolları məbləğində 2,7 milyard kubmetr qaz ixrac edilib. MDB ölkələrinə isə 101,5 milyon ABŞ dolları dəyərində 2,1 milyard kubmetr təbii qaz ixrac edilib.