"Azergold" mədən sahəsi üzrə tenderi yekunlaşdırıb


İqtisadiyyat 03 İyn 2020 18:12:26 173 0

"Azergold" mədən sahəsi üzrə tenderi yekunlaşdırıb

Bu işlərin görülməsinə 640,9 min manat ödəniləcək

"Azergold" QSC Ağyoxuş-Mərəh sahəsində planlaşdırılan inzibati ərazinin hazırlanması, müvafiq konteynerlərin, köşkün təmin edilməsi və mədən sahəsinin hasarlanması işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Cation” MMC-dir.

Qalib şirkətə 640,9 min manat ödəniləcək.