“Lufthansa”nın xalis zərəri 6 dəfədən çox artıb


İqtisadiyyat 03 İyn 2020 11:15:50 163 0

“Lufthansa”nın xalis zərəri 6 dəfədən çox artıb

Bu ilin I rübündə “Lufthansa”nın satışları 6,4 milyard avro olub

Bu ilin I rübündə Almaniyanın milli aviadaşıyıcısı “Lufthansa”nın xalis zərəri ötən ilin eyni dövrü ilə müqayisədə, təxminən,6,14 dəfə artaraq 2,1 milyard avroyaçatıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə “Lufthansa”nın satışları 6,4 milyard avro, faiz və vergidən əvvəlki düzəldilmiş zərəri isə 1,2 milyard avro olub.

Şirkət 2021-ci ildə 300 təyyarənin, 2022-ci ildə 200 təyyarəsinin uçmayacığını planlaşdırır.