Azərbaycan Sahibkarlar Konfederasiyanın vergi borcu açıqlanıb


İqtisadiyyat 02 İyn 2020 16:13:32 193 0

Azərbaycan Sahibkarlar Konfederasiyanın vergi borcu açıqlanıb

​ASK və regional nümayəndəliklərinin birgə 4500 manat vergi borcu var

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dövlət büdcəsinə 4 205,04 manat borcu var.

“Report”un ASK-dan əldə etdiyi məlumata görə, qurumun regional nümayəndəliklərindən ikisinin də vergi borcu mövcuddur.

Belə ki, ASK-nın Şəki rayon nümayəndəliyi büdcəyə146,25 manat, Goranboy rayon nümayəndəliyi isə 154,5 manat ödəniş etməlidir.

Xatırladaq ki, ASK-nın Azərbaycanın 40 regionunu əhatə edən nümayəndəlikləri var.