Ləğv prosesində olan “AG Bank” və “NBC Bank”a borcu olanlara müraciət edildi


İqtisadiyyat 02 İyn 2020 13:52:57 171 0

Ləğv prosesində olan “AG Bank” və “NBC Bank”a borcu olanlara müraciət edildi

Bubub üçün “AG Bank” və “NBC Bank”ın bank hesabların rekvizitlərini açıqladı

Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli qərarı ilə “AG Bank”ASCvə “NBC Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “AG Bank” və “NBC Bank” ASC-lərin ləğvedicisi təyin edilib.

Bu barədə “Report” Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir.

Məlumata görə, Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş “AG Bank” və “NBC Bank” qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxsləri məlumatlandıraraq bildirir ki, ödənişlərini köçürmə yolu ilə ləğv prosesində olan (LPO) bankların Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə LPO ASC-lərin baş ofisi (Bakı şəhəri üzrə) və filial şəbəkəsi (Bakı istisna olmaqla şəhər və rayonlar üzrə) vasitəsilə həyata keçirə bilərlər.

Mərkəzi Bankda acılmış xüsusi ləğvetmə bank hesabların rekvizitləri:

LPO “NBC Bank” ASC, VÖEN1700130681Mərkəzi Bank, VÖEN9900071001SWIFT.BIK (AZN)NABZAZ 2CSWIFT.BIK (xarici valyuta)NABZAZ 2XKod 501004Müxbir hesab AZNAZ74NABZ01451700000000001944AZNHesablaşma hesabı AZNAZ97NABZ01350100000000062944AZNMüxbir hesab EURAZ58NABZ01452800000000007954EURHesablaşma hesabı EURAZ79NABZ01350200000000061954EURMüxbir hesab USDAZ51NABZ01452800000000015840USDHesablaşma hesabı USDAZ82NABZ01350200000000063840USDLPO “AG Bank” ASC, VÖEN9900019651Mərkəzi Bank, VÖEN9900071001SWIFT.BIK (AZN)NABZAZ 2CSWIFT.BIK (xarici valyuta)NABZAZ 2XKod 501004Müxbir hesab AZNAZ74NABZ01451700000000001944AZNHesablaşma hesabı AZNAZ34NABZ01350100000000061944AZNMüxbir hesab EURAZ58NABZ01452800000000007954EURHesablaşma hesabı EURAZ16NABZ01350200000000060954EURMüxbir hesab USDAZ51NABZ01452800000000015840USDHesablaşma hesabı USDAZ19NABZ01350200000000062840USDMüxbir hesab GBPAZ90NABZ01452800000000005826GBPHesablaşma hesabı GBPAZ45NABZ01350200000000021826GBP

LPO “AG Bank” və “NBC Bank” ASC-lərə borcu olan şəxslər borclarının ödənilməsinə dair əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər:

Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan “AG Bank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrəsi: 135

Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054, ləğv prosesində olan “NBC Bank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrəsi: 932