Azərbaycan Mərkəzi Bankı ötən ay valyuta ehtiyatları artırıb


İqtisadiyyat 01 İyn 2020 17:31:08 155 0

Azərbaycan Mərkəzi Bankı ötən ay valyuta ehtiyatları artırıb

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il iyunun 1-nə 6 414,5 milyon ABŞ dolları təşkil edib

© Report

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il iyunun 1-nə 6 414,5 milyon ABŞ dolları təşkil edib.

“Report” quruma istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 12,8 milyon dollar və yaxud 0,2% çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 156,5 milyon dollar və yaxud 2,5%, son 1 ildə isə 543,6 milyon dollar və yaxud 9,3% artıb.