Rusiyada işsizlik səviyyəsi 4 illik maksimumu yeniləyib


İqtisadiyyat 27 May 2020 11:39:00 184 0

Rusiyada işsizlik səviyyəsi 4 illik maksimumu yeniləyib

Bu ilin aprel ayında Rusiyada işsizlərin sayı 815 min nəfər və yaxud 21% artaraq 4,3 milyon nəfərə çatıb

Bu ilinaprel ayında Rusiyada işsizlərin sayı 815 min nəfər, yaxud 21% artaraq4,3 milyon nəfərə çatıb.

“Report” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Dövlət Statistikası üzrə Federal Xidməti ("Rosstat") məlumat yayıb.

Bildirilib ki,aprelin sonuna qonşu ölkədə işsizlik səviyyəsi5,8% təşkil edib ki, bu da son 4 ildə ən yüksək göstəricidir.

"Rosstat" həmçinin bəyan edib ki,2020-ci ilin I rübündə Rusiyada real əməkhaqları 2019-cu ilin eyni dövrü ilə müqayisədə6,2% artıb. Bununla belə ölkə vətəndaşlarınınreal gəlirləri 0,2% azalıb.

Qeyd edək ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi bu iləhalinin real gəlirlərinin3,8% azalacağını, gələn il isə2,8% artacağını proqnozlaşdırır.