“Alibaba”nın ümumi gəlirləri 22%-dən çox artıb


İqtisadiyyat 22 May 2020 17:04:53 183 0

“Alibaba”nın ümumi gəlirləri 22%-dən çox artıb

Bu ilin I rübündə Çinin elektron ticarət nəhəngi “Alibaba” şirkətinin ümumi gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 22,3% artaraq 114,3 milyard yuan (16 milyard ABŞ dolları) təşkil edib

Bu ilin I rübündə Çinin elektron ticarət nəhəngi “Alibaba” şirkətinin ümumi gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 22,3% artaraq 114,3 milyard yuan (16 milyard ABŞ dolları) təşkil edib.

“Report” bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun 93,9 milyard yuanı (13,2 milyard ABŞ dolları) əməliyyat gəlirləridir ki, bu da 1 il əvvələ nisbətən 19% çoxdur.

Qeyd edək ki, "Alibaba"2021-ci ildə Avropa və ABŞ-dakı əsas rəqiblərini qabaqlayaraq 650 milyard yuandan (91,55 milyard ABŞ dolları)çox gəlir əldə etməyi proqnozlaşdırır.