Bakıda işıqfor obyektlərinin üzərinə piyada seksiyaları quraşdırılır


İqtisadiyyat 19 May 2020 10:18:14 131 0

Bakıda işıqfor obyektlərinin üzərinə piyada seksiyaları quraşdırılır

Bakı Nəqliyyat Agentliyi (BNA) vətəndaşlarda xüsusi narahatlıq doğuran daha bir çatışmazlığın aradan qaldırılması istiqamətində işlərə başlayıb

© BNA

Bakı Nəqliyyat Agentliyi (BNA) vətəndaşlarda xüsusi narahatlıq doğuran daha bir çatışmazlığın aradan qaldırılması istiqamətində işlərə başlayıb.

Bu barədə “Report”a BNA-dan bildirilib.

Belə ki, hazırda nizamlanan yol kəsişmələrində mövcud svetofor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılmaqdadır. Artıq 28 May küçəsinin Keykab Səfərəliyeva, Aleksandr Puşkin və Riçard Zorge küçələri ilə, Nizami küçəsinin isə Keykab Səfərəliyeva və Aleksandr Puşkin küçələri ilə kəsişmələrində bu istiqamətdə görülən işlər icra edilib. Məqsəd, piyada təhlükəsizliyinin maksimum həddə çatdırılması, vətəndaş məmnuniyyətinin təmin olunmasıdır.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək