WSJ: “Boeing” işçilərinin 10%-ni ixtisar edəcək


İqtisadiyyat 10 Apr 2020 11:51:26 114 0

WSJ: “Boeing” işçilərinin 10%-ni ixtisar edəcək

“Boeing” şirkəti yeni növ koronavirus pandemiyası şəraitində işçi heyətinin 10 faiz ixtisar etməsi imkanlarını nəzərdən keçirir.

ABŞ-ın“Boeing” korporasiyası yeni növ koronavirus pandemiyası şəraitində işçi heyətinin 10%-niixtisar etməyi nəzərdən keçirir.

“Report”un məlumatına görə, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri yazıb.

Məlumata görə,bəzi işçilərin məcburi şəkildə işdən çıxarılması, habelə təzminat ödəməklə bağlanmış müqavilələrin vaxtından əvvəl ləğv edilməsivə bir sıra işçilərin vaxtından əvvəl təqaüdə göndərilməsi məsələləri nəzərə alınır. Son qərar hələlik qəbul edilməyib.

Xatırladaq ki, bir qədər əvvəl“Boeing” pandemiya fonunda yaranmış böhran səbəbindən səhmdarlarına dividendlərin ödənilməsini dayandırıb, həmçinin ABŞ-ın Pensilvaniya ştatındakı müəssisələrində istehsalına müvəqqəti fasilə verib.