"Tesla" ötən ay Çində rekord həddə avtomobil satıb


İqtisadiyyat 09 Apr 2020 18:31:26 94 0

"Tesla" ötən ay Çində rekord həddə avtomobil satıb

​“ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla”-nın avtomobilləri bu ilin martında Çində rekord həddə satılıb”

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” şirkəti bu ilin mart ayında Çində dünya üzrə rekord həddə - 10 160 ədədsatış edib.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Sərnişindaşıma üzrə Avtomobil Assosiasiyası məlumat yayıb.

Qeyd edək ki, “Tesla” Şanxaydakı fabrikində 2 milyard ABŞ dolları dəyərində 150 min ədəd sedanın 3-cü modelini istehsal etməyi hədəfləyib.