Koronavirus kibercinayətkarlığa rəvac verir


İqtisadiyyat 07 Apr 2020 17:20:24 106 0

Koronavirus kibercinayətkarlığa rəvac verir

COVID-19 pandemiyası kibercinayətkarlığın artmasına səbəb olub.

COVID-19 pandemiyası kibercinayətkarlığın artmasına səbəb olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə virtual mətbuat konfransında bildirən Dünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) baş direktori Fransis Qurri startapların və yaradıcılıq sahəsində müstəqil çalışanların daha həssas vəziyyətdə olduqlarını qeyd edib.

“Bəli, biz narahatıq. Əlimizdə xüsusi məlumat olmasa da, bütövlükdə kibercinayətkarlığın səviyyəsi artır. Mövcud vəziyyətdən qazanc əldə edənlər var. Çünki hazırda bütün dünya alış-verişini onlayn şəkildə aparır. Bu da bütün dünya üçün problemdir”, -deyən təşkilat rəhbəri bu sahədə kriminal fəaliyyətlər sırasında sənaye casusluğunu və haqsız rəqabəti də sadalayıb: “Hazırkı şərtlərdə sağlam rəqabət qaydalarına əməl etmək xüsusi əhəmiyyət daşıyır”.