Standard & Poor's Almaniyanın kredit reytinqini təsdiqləyib


İqtisadiyyat 04 Apr 2020 10:50:07 109 0

Standard & Poor's Almaniyanın kredit reytinqini təsdiqləyib

Beynəlxalq kredit reytinq agentliyi “Standard & Poor's” (S&P) Almaniyanın uzunmüddətli kredit reytinqini "AAA" səviyyəsində stabil saxlayıb

Beynəlxalq kredit reytinq agentliyi “Standard & Poor's” (S&P) Almaniyanın uzunmüddətli kredit reytinqini "AAA" səviyyəsində stabil saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “S&P” açıqlamasında məlumat verilib.

Açıqlamada bildirilir ki, Almaniya hökuməti koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq üçün iqtisadi fəaliyyətləri məhdudlaşdırır, bu isə ölkə iqtisadiyyatında 2020-ci ildə resesiyaya səbəb ola bilər.

Bundan başqa, reytinq agentliyi Almaniyanın Ümumi Daxili Məhsulun (ÜDM) bu il 1,9% azalacağını, gələn il isə 2,6% artacağını proqnozlaşdırır.

Qeyd edək ki, “S&P” Almaniyanın qısa müddətli kredit reytinqini "A-1” səviyyəsində müəyyənləşdirib.