Koronavirusla mübarizə məqsədilə virtual hakaton keçiriləcək


İqtisadiyyat 03 Apr 2020 17:00:23 134 0

Koronavirusla mübarizə məqsədilə virtual hakaton keçiriləcək

Virtual dünyada koronavirusla mübarizəyə yeni tərəfdaşlar qoşuldu

Aprelin 9-daNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və SUP.VC təşkilatçılığı ilə virtual hakaton işə başlayacaq. "Report"un məlumatına görə, dörd gün davam edəcək forumda məqsədkoronavirus pandemiyası ilə mübarizədə texnoloji həlləri bir araya gətirməkdən ibarətdir.

Azərbaycan Turizm Bürosu və PAŞA Bank COVID-19 koronavirus pandemiyası ilə mübarizəyə yönəldilən virtual hakatona qoşulan və dəstək verən ilk əsas tərəfdaşlardandır. Dünyada koronavirus pandemiyasının yayılması hər bir təşkilatı və qurumu bu virusla mübarizə yollarını axtarmasına, həmçinin texnoloji həlləri yaratmasına keçidi tezləşdirir.

Turizm sənayesi iqtisadiyyatın koronakrizisdən ən çox ziyan çəkmiş sahələrindən biridir və hazırda həm yerli, həm də dünya turizm sənayesində yeni innovativ, o cümlədən, rəgəmsal həllərin meydana gəlməsi olduqca vacibdir. Ümümiyyətlə, koronovirusun təsirini maksimum dərəcədə azaldmaq üçün rəgəmsal keçidin sürətini artırmaq, ölkədə rəgəmsal və distant tətbiqlərin inkişaf etdirilməsi olduqca zəruridir.

Hakatonda iştirak etmək istəyənlər www.hackcov19.com saytında qeydiyatdan keçməli və öz komandası, ideyası və həmin ideyanın yuxarıda sadalanan çətinlikləri necə aradan qaldıracağı haqda məlumatı təqdim etməlidir.İdeyalarını təkmilləşdirmək üçün sizin bir həftə vaxtvar. Mentorlarla işləməklə, həmin həll yolları milli və beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyətinə onlayn formada təqdim ediləcək.Qiymətləndirmədə üstünlük ən tez həyata keçirilə biləcək ideyalara veriləcək. Hakatonun mükafat fondu – 10 000 ABŞ dollarıdır.