Bakıda yol təsərrüfatına ziyan vurulub


İqtisadiyyat 29 Mar 2020 16:42:27 118 0

Bakıda yol təsərrüfatına ziyan vurulub

Bakının Qələbə meydanındakı müxtəlif səviyyəli tunel tipli yol qovşağında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yol təsərrüfatına ziyan dəyib.

Bakının Qələbə meydanındakı müxtəlif səviyyəli tunel tipli yol qovşağında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yol təsərrüfatına ziyan dəyib.

“Report” bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, 4 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu avtomobil tunelində idarəetmədən çıxaraq yol ayrıcına çırpılıb. Nəticədə yol ayrıcında quraşdırılmış yol nişanı, elektron tablo və divar üzlükləri sıradan çıxıb.

Hazırda Agentliyin əməkdaşlarıqəzanın nəticələrini aradanqaldırır.Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək