AMB bu gün depozit hərracı keçirəcək


İqtisadiyyat 29 Mar 2020 10:18:09 143 0

AMB bu gün depozit hərracı keçirəcək

​Bu hərracda 200 mln manat cəlb edilməsi planlaşdırılıb

© Report — Azərbaycan Mərkəzi Bankı

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirəcək.

“Report” quruma istinadən xəbər verir ki, hərraca 200 mln manat cəlb edilməsi planlaşdırılıb.

Qeyd edək ki, depozit hərracı üzrə faiz dərəcəsi isə 6,76% - 7,24% diapazonunda olacaq.