“Standard & Poor's” ECB-nin kredit reytinqini təsdiqləyib


İqtisadiyyat 28 Mar 2020 16:26:00 167 0

“Standard & Poor's” ECB-nin kredit reytinqini təsdiqləyib

“Standard & Poor's” (S&P) beynəlxalq reytinq agentliyi Avropa Mərkəzi Bankının(ECB) kredit reytinqini "AAA / A-1" səviyyəsində təsdiqləyib

“Standard & Poor's” (S&P)beynəlxalq reytinq agentliyi Avropa Mərkəzi Bankının (ECB) kredit reytinqini"AAA / A-1" səviyyəsində təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Qurum reytinq üzrə proqnozunu isə "Sabit" saxlayıb.

“ECB-nin orta və uzun müddətdə qiymətlərinsabitliyini müvəffəqiyyətlə qoruyacağını və qeyri-ənənəvi pul siyasəti alətlərini tətbiq etməklə hərəkət edəcəyini gözləyirik”, - deyə agentliyin açıqlamasında qeyd olunub.