Vüsal Qasımlı: “Koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür”


İqtisadiyyat 26 Mar 2020 10:33:17 58 0

Vüsal Qasımlı: “Koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür”

​Vüsal Qasımlı: “Koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür”

“Azərbaycanın koronavirus pandemiyası ilə mübarizə üçün mobilizasiya etdiyi məbləğ 1,1 milyard manatdan çoxdur”.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti yanında xüsusi operativ qərargah yaradılanda ilk dəfə 10 mln manat vəsait ayrılmışdı:

“Hazırda Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət büdcəsi, hüquqi və fiziki şəxslər tərəfindən 86 milyon manatdan çox vəsait toplanılıb. Eyni zamanda Prezident İlham Əliyevin Sərəncamı əsasında pandemiyanın iqtisadiyyata təsirləri ilə mübarizə məqsədi ilə dövlət büdcəsindən 1 mlrd manat vəsait ayrılıb. Azərbaycan ÜST-ə də qlobal səviyyədə pandemiya ilə mübarizə üçün 5 mln ABŞ dollar vəsait köçürüb.

Azərbaycanda 1,1 mlrd manatdan çox olan “korona böhran büdcəsi”nin getdikcə böyüməsi gözlənilir. Hazırda koronavirus əleyhinə mobilizasiya olunan 1,1 mlrd manat vəsait qeyri-neft ÜDM-in 2,2 faizinə çatır”.

Mərkəz rəhbərinin fikrincə, Koronavirusla Mübarizəyə Dəstək Fondunun dövlət, biznes və əhali tərəfindən dəstəklənməsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına uyğun olaraq sosial həmrəylik və milli birliyə gözəl nümunədir:

“Azərbaycan koronavirusla mübarizədə müstəqil hərəkət etdiyi halda, dünyanın 80-dən çox ölkəsi Beynəlxalq Valyuta Fonduna koronavirusla mübarizədə maliyyə yardımı üçün müraciət edib. Eyni zamanda BVF və Dünya Bankı “Böyük 20-liy"ə müraciət edərək adambaşına milli gəliri 1 175 dollardan az olan 76 ölkənin borclarına güzəşt etməyə çağırıb. Bu yolla əldə olunan vəsait kasıb ölkələrdə koronavirusla mübarizəyə sərf edilə bilər. İnkişaf etmiş böyük ölkələrin Mərkəzi Banklarının monetar yumşalmaya getmək “rahatlığı”, inkişaf etməkdə olan ölkələrdə yoxdur. Üstəlik də investorlar korona böhran başlayandan bəri inkişaf etməkdə olan ölkələrdən 83 milyard dollar sərmayəni geri çəkməklə onları böhranla mübarizədə daha çətin duruma salıblar. İnkişaf etməkdə olan ölkələrə SDR yardımı (Xüsusi borcalma hüququ) planlaşdırılır və svop xətlərin açılması ilə likvidlik dəstəyi verilir. Qlobal iqtisadiyyatın resessiyaya girdiyi və inkişaf etməkdə olan ölkələrin korona böhranla təklikdə mübarizədə çətinlik çəkdiyi bir şəraitdə Azərbaycan dövləti qlobal şoklar və pandemiya ilə mübarizədə dayanıqlılıq göstərir.

Azərbaycanda səfərbər olunan “koronavirus büdcəsi” üç istiqamətdə xərcləri əhatə edir: zərərçəkən sektorlar, sahibkarlar və muzdlu işçilərə veriləcək dəstək; sosial proqramlar; pandemiya ilə mübarizəyə çəkilən xərclər”.

Deputat koronavirusa yoluxdu, parlament karantinə alındı like
  • 26 Mar 10:33  
Dünya Deputat koronavirusa yoluxdu, parlament karantinə alındı

Latviyanın ən qalmaqallı siyasətçilərindən biri, şoumen, aktyor və depu

arrow Ətraflı
Türkiyədə koronavirusdan ölən qızın paylaşımları diqqət çəkdi like
  • 26 Mar 10:28  
Dünya Türkiyədə koronavirusdan ölən qızın paylaşımları diqqət çəkdi

Türkiyədə koronavirusun qurbanlarından biri 33 yaşlı Dilek Tahtalı olub.

arrow Ətraflı
Ermənistanda koronavirusa yoluxanların sayı 300-ə yaxınlaşır like
  • 26 Mar 10:26  
Dünya Ermənistanda koronavirusa yoluxanların sayı 300-ə yaxınlaşır

18 nəfərin sağaldığına dair məlumat yayılıb.

arrow Ətraflı
Axtarışda olan 5 nəfər saxlanıldı like
  • 26 Mar 10:22  
Sosial Axtarışda olan 5 nəfər saxlanıldı

​Paytaxtın polis orqanları 17 cinayətin üstünü açıb

arrow Ətraflı
Pərviz "Survivor"dan koronavirusa görə evinə zəng etdi: like
  • 26 Mar 10:22  
Şou-biznes Pərviz "Survivor"dan koronavirusa görə evinə zəng etdi:

Acun Ilıcalının rəhbəri və aparıcısı olduğu dünyaca məşhur "Su

arrow Ətraflı
Sərnişinlər Bakıdakı 50-dən çox marşrut avtobusunda dezinfeksiya dispenserlərini qırıb like
  • 26 Mar 10:17  
Sosial Sərnişinlər Bakıdakı 50-dən çox marşrut avtobusunda dezinfeksiya dispenserlərini qırıb

​Sərnişinlər Bakıdakı 50-dən artıq marşrut avtobusunda dezinfeksiya di

arrow Ətraflı
Ərdoğan da G20nin toplantısına qatılır like
  • 26 Mar 10:17  
Dünya Ərdoğan da G20nin toplantısına qatılır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 dövlətlərinin fövqəladə

arrow Ətraflı
Cəbhədə növbəti təxribat: like
  • 26 Mar 10:06  
Siyasət Cəbhədə növbəti təxribat:

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Sumqayıt sakinləri Balakəndə narkotiklə tutuldu like
  • 26 Mar 10:05  
Sosial Sumqayıt sakinləri Balakəndə narkotiklə tutuldu

Balakən polisi narkotik maddə saxlayan şəxsləri saxlayıb

arrow Ətraflı
Unitazın oturacağını yalayan bloqer koronavirusa yoluxdu like
  • 26 Mar 10:00  
Dünya Unitazın oturacağını yalayan bloqer koronavirusa yoluxdu

Kaliforniya sakini təhlükəli "TikTok" yarışmasında iştirak etdi

arrow Ətraflı
Rusyanın hərbi təyyarəsi dənizə düşüb like
  • 26 Mar 09:57  
Dünya Rusyanın hərbi təyyarəsi dənizə düşüb

Rusiyanın “Su-27” təyyarəsi Qara dənizə düşüb.

arrow Ətraflı
Xaçmazda “Tramadol” satan şəxs saxlanıldı like
  • 26 Mar 09:56  
Sosial Xaçmazda “Tramadol” satan şəxs saxlanıldı

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat

arrow Ətraflı
Birmərtəbəli ev tamam yandı like
  • 26 Mar 09:55  
Digərləri Birmərtəbəli ev tamam yandı

Salyan rayonununda yanğın baş verib.

arrow Ətraflı
34 yaşlı kişini qatar vurdu: like
  • 26 Mar 09:44  
Digərləri 34 yaşlı kişini qatar vurdu:

Hacıqabulda 34 yaşlı kişini qatar vurub.

arrow Ətraflı
"İçərişəhər"in bütün küçələri xüsusi məhlulla yuyulur  FOTO like
  • 26 Mar 09:38  
Digərləri "İçərişəhər"in bütün küçələri xüsusi məhlulla yuyulur FOTO

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələri

arrow Ətraflı