"Azərlotereya” ASC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat köçürüb


İqtisadiyyat 24 Mar 2020 18:41:03 142 0

"Azərlotereya” ASC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat köçürüb

Azərlotereya” ASC Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq, irəli sürülmüş təşəbbüsə qoşulub.

İqtisadiyyat Nazirliyinə məxsus“Azərlotereya” ASC koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq, irəli sürülmüş təşəbbüsə qoşulub.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə,“Azərlotereya” ASC Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat köçürüb.