HERMES FİNANCE Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat məbləğində vəsait köçürüb


İqtisadiyyat 24 Mar 2020 14:09:53 99 1

HERMES FİNANCE Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat məbləğində vəsait köçürüb

HERMES FİNANCE Dəstək Fonduna 10 min manat məbləğində vəsait köçürüb

Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Ölkənin aparıcı lizinq şirkətlərindən olan HERMES FİNANCE Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə çağırışına qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat məbləğində vəsait köçürüb.

Bu barədə "Report"a şirkətdən bildirilib.

Məlumata görə, məqsəd koronavirus (COVİD-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində sosial həmrəylik nümayiş etdirmək və ölkə iqtisadiyyatına təhlükəli xəstəliklə mübarizədə öz töhfəsini verməkdir.