“Walmart” 150 min adamı müvəqqəti işə götürəcək


İqtisadiyyat 20 Mar 2020 17:25:09 158 0

“Walmart” 150 min adamı müvəqqəti işə götürəcək

“Walmart” 150 min adamı müvəqqəti işə götürəcək

ABŞ-ın ən böyük supermarket şəbəkəsi olan "Walmart" marketlərindəki müştəri sıxlığını aradan qaldırmaq üçün 150 min adamı müvəqqəti işə götürəcək.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir ki, həmçininsupermarketpark yerlərində koronavirusun yayılmasının qarşısının alınmasına dair tədbirlər çərçivəsindəmüayinələrin təşkilinəhazırlaşır.

"Hər şey hazırdır, test çadırlarımız var. Testlər tezliklə başlayacaq", - "Walmart"ın vitse-prezidenti Dan Bartlett bildirib.

Qeyd edək ki, "Walmart"ın dünyanın bir çox ölkəsində 11 mindən çox filialı və 2 milyondan çox işçisi var.