“Azərsu” ASC onlayn müraciətlərin qəbuluna başlayıb


İqtisadiyyat 20 Mar 2020 14:50:57 148 0

“Azərsu” ASC onlayn müraciətlərin qəbuluna başlayıb

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC-də vətəndaşların müraciətlərinin qəbulu rejiminə müvafiq dəyişikliklər edilib

Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə “Azərsu” ASC tərəfindən zəruri tədbirlərin icrası davam etdirilir.

“Report” bu barədə ASC-yə istinadən xəbər verir.

Məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq, “Azərsu” ASC-də vətəndaşların müraciətlərinin qəbulu rejiminə müvafiq dəyişikliklər edilib.

Vətəndaş qəbuluna müvəqqəti məhdudiyyətlərin tətbiqi ilə əlaqədar müraciətlərin internet vasitəsilə "Skype” proqramı üzərindən aparılması xidməti təşkil olunub. Proqrama daxil olan vətəndaşlar aşağıda qeyd olunan ünvanlara qoşulmaqla müraciət edə bilərlər. "Skype” vasitəsilə videoqəbul 20-28 mart 2020-ci il tarixlərində saat 10:00-dan 16:00-dək aparılacaqdır.

Bundan başqa, “Whatsapp" xidməti vasitəsilə də müraciətlərin qəbuluna start verilib. Vətəndaşların hər hansı bir sualı yaranarsa, (+99 455) 209-95-59 nömrəsi vasitəsilə istənilən vaxt “Azərsu” ASC-yə müraciət edə bilərlər.

Qeyd edək ki, vətəndaşlar müraciətlərini telefon rabitəsi (431-47-67, daxili 12-20, 11-92) və elektron qaydada (www.azersu.az rəsmi internet səhifəsinin onlayn çat və elektron xidmətlər bölməsi) ünvanlaya bilərlər.

Təşkilatın adı“Skype” ünvanı “Azərsu” ASC-nin Aparatıazersu.aparat1, azersu.aparat2, azersu.aparat3Sabunçu Sukanal İdarəsiSabuncu.Sukanal Suraxanı Sukanal İdarəsiSuraxani.SukanalXəzər Sukanal İdarəsiXezer.SukanalNizami Sukanal İdarəsiNizami.SukanalNəsimi Sukanal İdarəsiNəsimi.SukanalSəbail Sukanal İdarəsiSebail.SukanalYasamal Sukanal İdarəsiYasamal.SukanalXətai Sukanal İdarəsiXatai.SukanalNərimanov Sukanal İdarəsiNarimanov.SukanalBinəqədi Sukanal İdarəsiBinaqadi.SukanalQaradağ Sukanal İdarəsiQaradağ.SukanalAbşeron Sukanal İdarəsiAbsheron.SukanalSumqayıt Sukanal İdarəsiSumqayit.SukanalBağlar Sukanal İdarəsiBaglar.Sukanal