ABŞ-da koronavirusa görə geyim dükanları şəbəkəsi bağlanır


İqtisadiyyat 17 Mar 2020 12:29:40 136 0

ABŞ-da koronavirusa görə geyim dükanları şəbəkəsi bağlanır

ABŞ-da koronavirusa görə geyim dükanları şəbəkəsi bağlanır

Yaponiyanın “Fast Retailing Co” şirkəti ABŞ-dakı 50 “Uniqlo” hazır geyim dükanının hamısını COVİD-19 virusunun yayılması ilə bağlı bu gündən bağladıqlarını bildirib.

“Report” şirkətin rəsmi açıqlamasına istinadən xəbər verir ki, bu tədbir qeyri-müəyyən müddətə həyata keçirilir.

Daha əvvəl eyni səbəb üzündən şirkət Avropa İttifaqı ölkələrində də malik olduğu 27 “Uniqlo” dükanını bağlamışdı.

Xatırladaq ki, ötən ildekabrın 31-dəÇinin orta bölgəsindəki Vuhan şəhərində ilk yoluxma hadisəsi qeydə alındığı COVİD-19 virusu indiyədək 160-dan çox ölkə və bölgəyə yayılıb və bu ilmartın 11-də Dünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya olaraq tanınıb. Son məlumata görə, dünyada yeni koronavirusa yoluxanlar 183.116 nəfər, ölənlər 7 175 nəfər, sağalanlar isə 79 904 nəfərdir.