Ekspert: "Dəmir yolu stansiyaları Nəqliyyat Mübadilə Mərkəzlərinə çevrilməlidir"


İqtisadiyyat 14 Mar 2020 17:13:43 152 0

Ekspert: "Dəmir yolu stansiyaları Nəqliyyat Mübadilə Mərkəzlərinə çevrilməlidir"

Bakı və onun ətrafında dəmir yolu nəqliyyatı sərnişindaşımada əsas nəqliyyat növünə çevrilə bilər. Artıq bu istiqamətdə iş aparılır

“Bakı və onun ətrafında dəmir yolu nəqliyyatısərnişindaşımada əsas nəqliyyat növünə çevrilə bilər. Artıqbu istiqamətdə iş aparılır”.

Bu barədə “Report”a açıqlamasında şəhər nəqliyyatı üzrə ekspert Hüseyn Abdullayev dəmir yolununsərnişindaşımadakı rolunuşərh edərkən bildirib.

"Yaxın günlərdə, Novruz bayramına qədər Abşeron dairəvi dəmir yolu xətti tam işə düşəcək və sürət qatarlarıFatmayi, Goradil və Novxanıqəsəbələrindən də keçəcək. Bundan başqa, həmin qatarların marşrutunun Bakının Maştağa qəbəsindən keçməkləBağlar istiqamətində, eləcə dəZirə qəsəbəsindən keçməkləDübəndi istiqamətində uzadılması nəzərdə tutulub. Odur ki, dəmir yolu nəqliyyatınınsərnişindaşımada əsas nəqliyyat növünə çevrilməsi realdır. Hesab edirəm ki,dəmir yolu stansiyaları Nəqliyyat Mübadilə Mərkəzlərinə çevrilməli, insanların stansiyalara rahat gəlişi təmin edilməlidir. Bu baxımdan avtobuslaqidalandırıcı rol oynamalıdır", - o deyib.

Ekspert bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Biləcəri dəmir yolu stansiyasında yükdaşıma funksiyasının bir hissəsinin digər yerlərə köçürüləcəyini elan edib: "Bu isə Abşeron yarımadasında sərnişin qatarlarının daha intensiv fəaliyyətinə şərait yaradacaq. Hazırda Bakı-Biləcəri-Xırdalan-Sumqayıt dəmir yolu xəttində yük qatarları da hərəkət edir. Bu isə o deməkdir ki, yük qatarlarının işləməsi üçün müəyyən vaxt lazımdır. Bu vaxt ərzində isə sərnişin qatarları işləyə bilmir. Hazırda rəqəmlərə baxsaq dəmir yolu ilə sərnişindaşınma kütləvi şəkildə həyata keçirilmir, çünki müntəzəmliklə bağlı problem var”.

Xatırladaq ki, Prezident İlham Əliyev 2018-ci il martın 7-dəBakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bu istiqamətdə işlərin təşkili üçün “Azərbaycan Dəmir Yolları”na 100 milyon manatayrılıb. Bu il Bakıətrafı dəmir yolunun çəkilişinin əsas mərhələsi başa çatacaq, yəni, dairə birləşəcək. Ondan sonra isə dəmir yolu olmayan qəsəbələrə dəmir yolunun çəkilişi nəzərdə tutulur.