Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi - ƏLAVƏ OLUNUB


İqtisadiyyat 27 Fev 2020 17:17:00 123 0

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi - ƏLAVƏ OLUNUB

Bu gün Bakıda elektrik enerjisi təchizatı ilə bağlı yaranmış problem "Bakı Metropoliteni" QSC-nin fəaliyyətində çətinliklər yaradıb

İlk xəbər saat 16:42-də verilib

Bu gün Bakıda elektrik enerjisi təchizatı ilə bağlı yaranmış problem "Bakı Metropoliteni" QSC-nin fəaliyyətində çətinliklər yaradıb.

Bu barədə “Report”a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda metro xəttinin bütün sahələrində gərginlik bərpa olunub, yalnız “Xalqlar dostluğu”, "Əhmədli"və “Həzi Aslanov” stansiyalarında elektrik enerjisinin dayanıqlılığı olmadığından hərəkətdayandırılıb:"Hazırda tünellərdə qalan qatar yoxdur. Bütün qatarlar stansiyaya çatdırılıb".

***

B.Məmmədov "Report"a bildirib ki, artıq adları çəkilən 3 stansiyaya da dayanıqlı elektrik enerjisi verilib və bütün stansiyalarda hərəkət bərpa edilib.