Bakı metrosunun 3 stansiyasında hərəkət dayandırıldı


İqtisadiyyat 27 Fev 2020 16:42:14 165 0

Bakı metrosunun 3 stansiyasında hərəkət dayandırıldı

Bakı metrosunun 3 stansiyasında hərəkət dayandırıldı

Bu gün Bakıda elektrik enerjisi təchizatı ilə bağlı yaranmış problem "Bakı Metropoliteni" QSC-nin fəaliyyətində çətinliklər yaradıb.

Bu barədə “Report”a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda metro xəttinin bütün sahələrində gərginlik bərpa olunub, yalnız “Xalqlar dostluğu”, "Əhmədli"və “Həzi Aslanov” stansiyalarında elektrik enerjisinin dayanıqlılığı olmadığından hərəkətdayandırılıb:"Hazırda tünellərdə qalan qatar yoxdur. Bütün qatarlar stansiyaya çatdırılıb".