Ekspert: “Yüksək Sıxlıqlı Polietilen Zavodu Azərbaycana böyük gəlirlər gətirəcək”


İqtisadiyyat 18 Fev 2020 18:21:34 64 0

Ekspert: “Yüksək Sıxlıqlı Polietilen Zavodu Azərbaycana böyük gəlirlər gətirəcək”

​Ekspert: “Yüksək Sıxlıqlı Polietilen zavodu Azərbaycana böyük gəlirlər gətirəcək”

Bu gün “SOCAR Polymer”in Sumqayıt Kimya Sənaye Parkı ərazisində yerləşən ikinci zavodu - Yüksək Sıxlıqlı Polietilen Zavodunun istifadəyə verilməsinin bir ili tamam olur. Zavod gündəlik 330 ton, illik 120 min ton yüksək sıxlıqlı polietilen istehsal gücünə malikdir. Zavodun mühəndislik, təchizat və tikinti işlərini “Maire Tecnimont” şirkəti həyata keçirib. Zavodda istehsal olunan məhsulun 25%-i daxili bazar, 75%-i ixrac üçün nəzərdə tutulub. İstehsal olunmuş məhsul dəmiryolu, dəniz və quru yolla daşınır. Polietilen istehsalı üçün əsas xammal qismində istifadə edilən etilen qazı SOCAR-ın Sumqayıtdakı “Azərikimya” İstehsalat Birliyindəistehsal edilir. İlkin olaraq polietilen toz halında əldə edilir, sonra dənəvər hala gətirilərək qablaşdırılır və satışa təqdim edilir.

Polietilen dünyada ən geniş yayılmış polimer növüdür.Yüngül çəkiyə və yüksək möhkəmliyə malikdir.İqtisadi cəhətdən səmərəli xammaldır. “SOCAR Polymer”in zavodunda 9 növdə ağ rəngli və 3 növdə isə qara rəngli polietilen istehsal olunur. Yüksək sıxlıqlı polietilendən kənd təsərrüfatı, boru sistemləri, ərzaq qablaşdırılması, tikinti materialları, Kimyəvi maddə və kosmetika, Avtomobil sənayesi, İstehlak və məişət malları, Tibbi təyinatlı mallar, Elektron cihazların hissələri və elektrik mallarının istehsalında xammal kimi istifadə olunur.

Zavodda təxminən 300 nəfər daimi işlə təmin edilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya-texnologiya fakültəsinin müəllimi Nemət Abbasov zavodun əhəmiyyətindən danışaraq bildirib ki, Yüksək Sıxlıqlı Polietilen Zavodu Azərbaycan iqtisadiyyatı üçün vacib zavoddur.

O qeyd edib ki, bu zavodun ölkədə inşa edilməsi yüksək sıxlıqlı polietilen məhsulunun daxili istehsal hesabına ödənilməsinə imkan yaradır.

“Bildiyiniz kimi, Yüksək Sıxlıqlı Polietilen Zavodu Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa edilib. Zavodda illik istehsal gücü 120 min ton nəzərdə tutulub. Bu, Azərbaycanın neft-kimya tarixində ilk Yüksək Sıxlıqlı Polietilen Zavodudur. Zavod Azərbaycana böyük gəlirlər gətirəcək. Çünki bu zavod inşa olunana qədər yüksək sıxlıqlı polietilen məhsulunu xaricdən idxal edirdik. Məhsulun xaricdən alınması isə xaricə valyuta axınına səbəb olurdu. Bu zavodun istismara verilməsi ilə idxalı dayandırmış olduq, yəni bu məhsulla bağlı xaricə valyuta axınının qarşısı alınmış oldu. Azərbaycanda belə bir zavodun inşası sayəsində isə daxili tələbat ödənilir, həm də ilk dəfə olaraq ölkədən yüksək sıxlıqlı polietilen məhsulu ixrac olunur. Bu da iqtisadiyyat üçün vacib faktordur”, - o əlavə edib.

N.Abbasov zavodun kiçik biznesin inkişafına da töhfə verdiyini vurğulayıb: “Belə bir zavodun Azərbaycanda inşa olunmasından yüksək sıxlıqlı polietilendən xammal olaraq istifadə edən sahibkarlar yaxşı yararlana bilərlər. Məhsulun ölkədə istehsal olunması onun daha ucuz başa gəlməsinə və xaricdən asılılığın aradan qaldırılmasına səbəb olur”.

“Moody's” Çinin iqtisadi artım proqnozunu azaltdı like
  • 18 Fev 18:19  
İqtisadiyyat “Moody's” Çinin iqtisadi artım proqnozunu azaltdı

“Moody's” Çinin iqtisadi artım proqnozunu azaltdı

arrow Ətraflı
Qalada aktyor yoldaşını pərt etdi like
  • 18 Fev 18:15  
Digərləri Qalada aktyor yoldaşını pərt etdi

Aktrisa Tuvana Türkay rol aldığı "Ağır Romantik" filminin qalas

arrow Ətraflı
Şamaxıda zəlzələ olub like
  • 18 Fev 18:14  
Digərləri Şamaxıda zəlzələ olub

Bu gün Qobustan seysmoloji stansiyasından 34 kilometr cənub-qərbdə - Şamax

arrow Ətraflı
Daha üç məntəqənin nəticələri etibarız sayıldı like
  • 18 Fev 18:14  
Siyasət Daha üç məntəqənin nəticələri etibarız sayıldı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın

arrow Ətraflı
MSK sədri: “Bəzi seçki məntəqələrində işıqların sönməsi təəccüb doğurur” like
  • 18 Fev 18:11  
Siyasət MSK sədri: “Bəzi seçki məntəqələrində işıqların sönməsi təəccüb doğurur”

“Bütün seçki məntəqələri keyfiyyətli generatorlarla təmin edilib”.

arrow Ətraflı
Ondan ayrılmaq istəyən sevgilisini öldürüb yandırdı  FOTO like
  • 18 Fev 18:10  
Dünya Ondan ayrılmaq istəyən sevgilisini öldürüb yandırdı FOTO

Türkiyənin Afyonkarahisar vilayətində bir həftə əvvəl itkin düşən qad

arrow Ətraflı
"Bəzi namizədlər bilərəkdən xoşagəlməz hallara yol verir" like
  • 18 Fev 18:07  
Siyasət "Bəzi namizədlər bilərəkdən xoşagəlməz hallara yol verir"

Bəzi namizədlər bilərəkdən xoşagəlməz hallara yol verir.

arrow Ətraflı
HSBC 35 min əməkdaşını ixtisar edəcək like
  • 18 Fev 18:05  
İqtisadiyyat HSBC 35 min əməkdaşını ixtisar edəcək

Böyük Britaniyanın HSBC bankı 2019-cu ilin nəticələrini dərc edib və qa

arrow Ətraflı
Sinqapurda koronavirusa yoluxanların sayı artıb like
  • 18 Fev 18:02  
Dünya Sinqapurda koronavirusa yoluxanların sayı artıb

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə

arrow Ətraflı
Nadir axtardığı gəlini tapıb like
  • 18 Fev 18:00  
Şou-biznes Nadir axtardığı gəlini tapıb

Böyük oğlumun 24, kiçiyin 22 yaşı var. Hiss edirəm ki, tez evlənəcək.

arrow Ətraflı
Şamaxıda yenə zəlzələ oldu like
  • 18 Fev 17:57  
Sosial Şamaxıda yenə zəlzələ oldu

Şamaxı rayonunda daha bir&zəlzələ olub.

arrow Ətraflı
MSK sədri: "Görüntüləri heç kəs yoza bilməz" like
  • 18 Fev 17:53  
Siyasət MSK sədri: "Görüntüləri heç kəs yoza bilməz"

"​Görüntüləri heç kəs yoza bilməz. Görüntü ondan ötrüdür ki, bax

arrow Ətraflı