“Google” pulsuz internetlə bağlı layihəsinin icrasını dayandırır


İqtisadiyyat 18 Fev 2020 18:37:45 144 0

“Google” pulsuz internetlə bağlı layihəsinin icrasını dayandırır

“Google” pulsuz internetlə bağlı layihəsinin icrasını dayandırır

ABŞ-ın “Google” şirkəti bu il“Google Station” layihəsinin icrasını dayandıracaq.

“Report” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Xatırladaq ki, sözügedən layihə inkişaf etməkdə olan ölkələrin pulsuz internetlə təmin olunmasını nəzərdə tuturdu.

"Google" bəyan edib ki,layihənin reallaşdırılmasına başlanıldığı2015-ci ildə inkişaf etməkdə olan ölkələrdə internet xidmətləri bahalı və keyfiyyətsiz olub, bu gün isə vəziyyət xeyli dəyişib, yerli provayderlər bu məsələni yoluna qoyur, mobil internetəçıxmaq asanlaşıb, bütün dünyada rabitənin keyfiyyəti yaxşılaşır. Odur ki,“Google Station” şəbəkəsini daha da genişləndirmək çətindir.

Ötən illər ərzində Meksika, Braziliya, Nigeriya, Tailand, Filipinlər, Hindistan, Vyetmnam, İndoneziya, cəmi 3 ay bundan əvvəl isə Cənubi Afrikada qurulan şəbəkə bütün dünya üzrə 5 mindən artıq hotspotdan ibarətdir. Bunlar il ərzində ləğv olunacaq.