“Hackathon” müsabiqəsinə qeydiyyat başladı


İqtisadiyyat 18 Fev 2020 17:38:00 75 0

“Hackathon” müsabiqəsinə qeydiyyat başladı

“Hackathon” müsabiqəsinə qeydiyyat başladı

Kibertəhlükəsizlik və internet idarəçiliyi sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə martın 2-6-da Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.

Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində 04 mart tarixində “Hackathon” müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Müsabiqənin keçirilməsində məqsəd kibertəhlükəsizlik üzrə bacarıqların inkişaf etdirilməsi, sahə üzrə potensial kadrların aşkar edilməsi, gənclər arasında müvafiq sahəyə marağın artırılması və maarifləndirmənin genişləndirilməsindən ibarətdir.

Qeydiyyat 3-5 iştirakçı olmaqla komandalar şəklində həyata keçirilir. Kibertəhlükəsizlik, *nix, proqramlaşdırma (scripting) üzrə baza biliklərinə malik ali və orta ixtisas təhsili məktəblərinin tələbələri müsabiqədə iştirak üçün müraciət edə bilərlər. İştirakçılar parametrləri tapşırığı yerinə yetirməyə müvafiq olan kompüterlərini özləri ilə gətirməlidirlər.

“Hackathon” 12 saat ərzində davam edəcək. İştirakçıların kompüter sistemlərinin mühafizəsi üzrə bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə onlara komanda şəklində veb-tətbiqetmələrdə olan zəifliklərin istismarı, kriptoqrafiya, binar tətbiqetmələrdə olan pozuntuların istismarı, tərs mühəndislik və s. bu kimi mövzular üzrə tapşırıqların həllini tapmaq təklif olunacaq.

Müsabiqənin sonunda qaliblər mükafatlandırılacaq. I yer üzrə 4000 AZN, II yer üzrə 2000 AZN, III yer üzrə isə 1000 AZN məbləğində pul mükafatı təqdim olunacaq.

Müsabiqədə iştirak etmək istəyən komandalar aşağıda qeyd olunan keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat 29 fevral 2020-ci il saat 23:59-dək davam edəcək.

Müsabiqə 4 mart 2020-ci il tarixində Bakı Ali Neft Məktəbinin kampusunda (Səbail rayonu, Yeni Salyan yolu 3-cü km. "25", Bakı, Azərbaycan) keçiriləcək.

Yaqub Mahmudov: "İkinci Dünya müharibəsinin tarixi yeni səpkidə araşdırılır" like
  • 18 Fev 17:35  
Digərləri Yaqub Mahmudov: "İkinci Dünya müharibəsinin tarixi yeni səpkidə araşdırılır"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu İkinci Düny

arrow Ətraflı
Şəmkirdə əl qumbaraları və mərmilər tapıldı like
  • 18 Fev 17:34  
Sosial Şəmkirdə əl qumbaraları və mərmilər tapıldı

Şəmkir rayonunda&əl qumbarası və mərmi tapılıb.

arrow Ətraflı
Azərbaycanda mobil operatorların gəliri açıqlandı like
  • 18 Fev 17:30  
Digərləri Azərbaycanda mobil operatorların gəliri açıqlandı

2020-ci ilin yanvar ayı ərzində Azərbaycanda informasiya və rabitə müəss

arrow Ətraflı
Komitə məcburi köçkün yataqxanalarındakı yanğınlarla bağlı məlumat yaydı like
  • 18 Fev 17:29  
Digərləri Komitə məcburi köçkün yataqxanalarındakı yanğınlarla bağlı məlumat yaydı

Fevralın 18-də Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində m

arrow Ətraflı
Gədəbəydə yeni körpülərin tikintisinin başa çatdırılmasına 2,7 milyon manat ayrıldı like
  • 18 Fev 17:28  
İqtisadiyyat Gədəbəydə yeni körpülərin tikintisinin başa çatdırılmasına 2,7 milyon manat ayrıldı

Prezident İlham Əliyev fevralın 18-də “Gədəbəy rayonunun ərazisində D

arrow Ətraflı
Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlandı like
  • 18 Fev 17:25  
Digərləri Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlandı

Buraxılış imtahanlarının əvvəlcədən elan edilmiş tarixlərə uyğun ol

arrow Ətraflı
Əşrəf Qani Əfqanıstanda prezident seçkilərinin qalibi elan edildi like
  • 18 Fev 17:20  
Dünya Əşrəf Qani Əfqanıstanda prezident seçkilərinin qalibi elan edildi

Əşrəf Qani 5 aydır ki, mübahisə olunan prezident seçkilərinin yekun nət

arrow Ətraflı
Qara Dəniz Ticarət və İnkişaf Bankına "maya qoyula" bilər like
  • 18 Fev 17:19  
İqtisadiyyat Qara Dəniz Ticarət və İnkişaf Bankına "maya qoyula" bilər

Qara Dəniz Ticarət və İnkişaf Bankına "maya qoyula" bilər

arrow Ətraflı
Azərbaycanda 1 ildə 17 mindən çox ailə dağılıb like
  • 18 Fev 17:19  
Digərləri Azərbaycanda 1 ildə 17 mindən çox ailə dağılıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ke

arrow Ətraflı
"Hamınızı "qara siyahı"ya atıb, cavab verməyəcəm" like
  • 18 Fev 17:14  
Şou-biznes "Hamınızı "qara siyahı"ya atıb, cavab verməyəcəm"

Həddini bilməyib fikir yazanlar çox olacaq. Saxta profillər açıb, bunu ö

arrow Ətraflı
"Qaçqınkom" yataqxanada baş verən yanğınla bağlı məlumat yaydı like
  • 18 Fev 17:10  
Sosial "Qaçqınkom" yataqxanada baş verən yanğınla bağlı məlumat yaydı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

arrow Ətraflı
MSK sədri: "Pozuntu olan yerlərdə nəticələrin ləğv edilməsinə meylliyik" like
  • 18 Fev 17:10  
Siyasət MSK sədri: "Pozuntu olan yerlərdə nəticələrin ləğv edilməsinə meylliyik"

“Biz əslində seçki nəticələrinin ləğv olunmasına meylliyik”.

arrow Ətraflı