Çində 6 günə tibbi maskalar istehsal edən fabrik tikiləcək


İqtisadiyyat 17 Fev 2020 17:55:30 305 0

Çində 6 günə tibbi maskalar istehsal edən fabrik tikiləcək

Yeni müəssisənin gündəlik 250 min maska istehsal edəcəyi gözlənilir

© rbc.ru

Çinin “China Construction First Group” şirkəti paytaxt Pekində 6 gün ərzində tibbi maskalar istehsal edən yeni fabrik tikmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə bazar ertəsi “Sinhua” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, şirkət işçiləri yeni növ koronavirusun simptomlarını müəyyən etmək üçün gündəlik qaydada tikinti işləri ilə məşğul olanların bədən hərarətini ölçəcəklər. Yeni müəssisənin gündəlik 250 min maska istehsal edəcəyi gözlənilir.

Xatırladaq ki, Çində yeni növkoronavirusa yoluxanların sayı rəsmi təsdiqlənən rəqəmlərə əsasən, 70 548 nəfərə çatıb. Yoluxanların 1 770 nəfəri ölüb, 10 844 xəstə sağalıb və xəstəxanalardan evə buraxılıb.