Azərbaycan nefti bahalaşmaqda davam edir
İqtisadiyyat 15 Fev 2020 11:43:00 138 0
Azərbaycan nefti bahalaşmaqda davam edir
© google.az
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,74 ABŞ dolları və yaxud 1,22% artıb.
"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 61,54 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Mənbə: report.az