Dövlət başçısı: "Cənub Qaz Dəhlizini artıq tamamlanmış layihə hesab edə bilərik"


İqtisadiyyat 14 Fev 2020 21:06:32 44 0

Dövlət başçısı: "Cənub Qaz Dəhlizini artıq tamamlanmış layihə hesab edə bilərik"

"Cənub Qaz Dəhlizinin dörd seqmentindən üçü artıq uğurla tamamlanıb".

"Cənub Qaz Dəhlizinin dörd seqmentindən üçü artıq uğurla tamamlanıb".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.

"Ötən il ölkəmiz və düşünürəm ki, Avropanın enerji təhlükəsizliyi üçün əlamətdar olub. Çünki biz tərəfdaşlarımızla birlikdə artıq Türkiyə-Yunanıstan sərhədinə çatan, əsas qaz kəməri olan TANAP-ı uğurla başa çatdırdıq. Bu, o deməkdir ki, Cənub Qaz Dəhlizinin dörd seqmentindən üçü artıq uğurla tamamlanıb. Sonuncu seqmentə gəlincə, TAP layihəsi bu ilin sonunda tamamlanacaq. Beləliklə, 3,5 min kilometr uzunluğunda inteqrasiya olunmuş kəmər sistemi artıq istismara veriləcək. Bu, regionumuzda əsas infrastruktur layihələrindən biridir. Bu, əlbəttə ki, bizim üçün, tərəfdaşlarımız üçün, Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir.Bu ayın sonunda biz görülən işləri nəzərdən keçirmək və növbəti dövr üçün görüləcək işləri planlaşdırmaq məqsədilə hər il Bakıda keçirdiyimiz ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurasına ev sahibliyi edəcəyik. Ümidvaram ki, iştirakçıların sayı çox olacaq. Bu gün biz gələcək layihələrimizlə bağlı yeni ölkələrlə işləyirik. Çünki Cənub Qaz Dəhlizi yeddi ölkəni - Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanı birləşdirir. Üç Balkan ölkəsi isə - Bosniya və Herseqovina, Monteneqro və Xorvatiya - bu üç ölkənin ərazisindən keçən, xüsusilə İonik-Adriatik kəmərinin tikintisini nəzərdə tutan ikinci fazada layihəyə qoşulmaqla bağlı artıq bizimlə Anlaşma Memorandumu imzalayıblar. Texniki nöqteyi-nəzərdən bu, mümkündür, qaz ehtiyatları baxımından da. Biz hasilatı artırmışıq və əlbəttə ki, Avropa Komissiyası tərəfindən daha yüksək dəstəyə ehtiyac olacaq. Çünki əgər bu layihə də Avropa İttifaqının ümumi maraqlarına uyğun layihələr siyahısına daxil edilsə, onun həyata keçirilməsi daha sürətli olacaq. Bizimlə Cənub Qaz Dəhlizi üzərində işləyən bəzi ölkələrin tarixdə ilk dəfə alternativ təchizat mənbələrinə malik olmaq imkanı olacaq. Alternativ mənbə təkcə marşrut deyil. Çünki təhlükəsizlikdən danışanda biz mənbədən danışmalıyıq. Bizim timsalımızda Azərbaycan qazının Avropa bazarına, Türkiyə bazarına nəqli yeni mənbə və yeni marşrutdur. Düşünürəm ki, bu, bizim layihəmizin üstünlüyüdür və buna görə də Avropa İttifaqı ona güclü dəstək verir. Bu səbəbdən də yekun tamamlanma işlərinin bu ilin sonunadək olacağına baxmayaraq, biz Cənub Qaz Dəhlizini artıq tamamlanmış layihə hesab edə bilərik", - dövlət başçısı qeyd edib.

Qazaxda top mərmisi və patronlar aşkarlanıb like
  • 14 Fev 21:06  
Digərləri Qazaxda top mərmisi və patronlar aşkarlanıb

Qazaxda top mərmisi və patronlar aşkarlanıb.

arrow Ətraflı
İmişlidə yol qəzası baş verib, ölən və yaralananlar var like
  • 14 Fev 21:01  
Sosial İmişlidə yol qəzası baş verib, ölən və yaralananlar var

Qəza zamanı avtomobil heyvanı vurub avtomobildə olan şəxslərdən biri öl

arrow Ətraflı
Təhsil Nazirliyi: Bəzən 6869 yaşlı müəllimə 1ci sinfi vermək istəyirlər like
  • 14 Fev 20:59  
Digərləri Təhsil Nazirliyi: Bəzən 6869 yaşlı müəllimə 1ci sinfi vermək istəyirlər

Ümumtəhsil müəssisələrində müəllimlər üçün çalışmanın yaş həd

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 14 Fev 20:54  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
Prezident Münhendə dəyirmi masada iştirak edib - YENİLƏNİB like
  • 14 Fev 20:41  
İqtisadiyyat Prezident Münhendə dəyirmi masada iştirak edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhen

arrow Ətraflı
Rusiya Ermənistanın inkişafına vəsait ayırıb like
  • 14 Fev 20:40  
Dünya Rusiya Ermənistanın inkişafına vəsait ayırıb

Rusiya Ermənistanın Kotayk və Geğarkunik əyalətlərinin inkişafı üçün

arrow Ətraflı
Həbsxanadan belə qaçış ancaq filmlərdə olur like
  • 14 Fev 20:39  
Dünya Həbsxanadan belə qaçış ancaq filmlərdə olur

ABŞ-ın Corciya ştatında bir məhbus filmlərdə istifadə olunan üsullardan

arrow Ətraflı
Gürcüstanda tikinti obyektində uçqun oldu, xəsarət alanlar var like
  • 14 Fev 20:36  
Dünya Gürcüstanda tikinti obyektində uçqun oldu, xəsarət alanlar var

Gürcüstanda Rikoti magistralının tikinti sahəsində obyektlərdən birində

arrow Ətraflı
Piyadanı öldürən sürücü hakim qarşısına çıxarılır like
  • 14 Fev 20:34  
Sosial Piyadanı öldürən sürücü hakim qarşısına çıxarılır

Abşeron rayonunda 79 yaşlı qadını avtomobillə vurub öldürərək hadisə

arrow Ətraflı
Novxanıda evə oğurluğa girən gənc tutuldu like
  • 14 Fev 20:29  
Digərləri Novxanıda evə oğurluğa girən gənc tutuldu

Novxanı qəsəbəsində bağ evindən oğurluq etmək istəyən şəxs mühafiz

arrow Ətraflı
Ötən il yol qaydalarını pozan sürücülər like
  • 14 Fev 20:19  
Digərləri Ötən il yol qaydalarını pozan sürücülər

İl ərzində Azərbaycanda yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış

arrow Ətraflı
Azərbaycan Prezidenti İlham Əliyev Münxendə Moldova Prezidenti İqor Dodon ilə görüşüb  FOTO like
  • 14 Fev 20:10  
Siyasət Azərbaycan Prezidenti İlham Əliyev Münxendə Moldova Prezidenti İqor Dodon ilə görüşüb FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı